Menu
Geri İrəli

Sumqayıtda qısqanc ər arvadını öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2015 • Baxış sayı: 1,658 dəfə • 1 şərh

Sumqayıtda ər arvadını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

APA-nın məlumatına görə, hadisə Sumqayıt şəhərinin 5-ci mikrorayonunda baş verib. 27 saylı binanın 40-cı mənizlində kirayədə yaşayan Xəqani Hüseynov aralarında baş verən mübahisə zamanı mətbəxtdən götürdüyü bıçaqla arvadı, 27 yaşlı Ramiləyə çoxsaylı zərbələr vurub. Yaralı qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən Xəqani Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ilkin dindirmə zamanmı törətdiyi əməli etiraf edib. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda qısqanc ər arvadını öldürdü” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    Mən bu fikirlə razıyam, qeyrətini təmizlə, içəridə də, cəmiyyətdə də hörmətin olsun.

Şərhinizi yazın