Menu
Geri İrəli

Sumqayıtda “Qızıl-Gül” savaşı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Avqust 2015 • Baxış sayı: 949 dəfə • Şərh yoxdur

362545_2Sumqayıt şəhərində bizneslə məşğul olan iş adamı məşhur şirkətin rəhbərliyi ilə baş-başa gəlib. “Qızıl-Gül” firmasının direktoru Azər Nəbiyev mülkiyyətində olan obyektlə bağlı “Bazarstore” ilə münaqişə həddinə çatıb.

Şirkətin derektoru Milli.Az-a müraciət edib ki, Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən obyekti “Bazarstore” MMC-yə icarəyə verib: “Çox az bir müddətdən sonra “Bazarstore” MMC bizə qarşı hegomonluq etməyə başladı. Bu ilin martında mülkiyyətimizdə olan obyektin icarə haqqının qaldırılmasını təklif etdik. Bütün pozuluşmalarımız da məhz bundan sonra oldu. Bizdə olan məlumata görə, “Bazarstore” öz nüfuzundan istifadə edərək oğlanlarımı inzibati həbsə aldırmaq istəyirmiş.

Bu baş tutmadıqdan sonra “Bazarstore” bizim onların obyektimizdən çıxmasına etiraz əlamətimiz olaraq mağazanın qarşısına yapışdırdığımız elandan şikayət edərək bizi İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etdi. Xidmətin inzibati binasında şöbə müdiri Zahid müəllim bizi inandırmağa çalışırdı ki, biz “Bazarstore”a qarşı qiymət qaldırma fikrimizdən daşınaq və qiyməti stabil saxlayaq.

Ancaq bu da effekt vermədi və biz “Bazarstore” MMC-nin inzibati binasında rəhbərliklə görüşə dəvət olunduq. “Bazarstore” rəhbərliyi bizi inandırmağa çalışırdı ki, əgər qiyməti qaldırsaq, bu ümumi əhaliyə təsir edəcək, onlar da qiyməti qaldıracaqlar. Bizimlə aqressiv danışan Türkiyə vətəndaşı, Erdal müəllim sonda bizim fikrimizdən dönməyəcəyimizi görüb çox kobud bir şəkildə: “Gedin hüquqla bizi çıxardın. Əgər gücünüz çatırsa, gedin çıxardın. Məhkəməyə verin. Məhkəmənin də gücü çatırsa, bizi obyektdən çıxartsın”, – dedi.

Bundan sonra qanunla “Bazarstore”un  ödəməli olduğu 18 faizlik ƏDV-nin ödənilməsini tələb etdik. Tələbkar biz ola-ola Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər departamenti vergini bizdən tələb etdi və etməkdədir. İşin məhkəmə baxışına çıxarılmasına əhəmiyyət verməyən vergi orqanı materialı toplayaraq işi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərmişdir. Bu yolla da bizə təzyiq etmək istəyir. Göründüyü kimi, “Bazarstore” MMC-nin “əli-qolu” çox uzundur”.

“Erdal kimiləri nəyə güvənib belə qanunazidd addımlar atırlar? İndi anlaşılmaz bir vəziyyətdə qalmışıq. Öz ölkəmizdə, öz şəxsi mülkiyyətimizdə xarici hüquqi şəxsin təsis etdiyi, başqa millətlərin rəhbər nümayəndələri mənim obyektimdə at oynadırlar”, – deyə A.Nəbiyev müraciətində vurğulayır.

“Bazastore” MMC Milli.Az-ın sorğusuna cavabını təqdim edirik: Azərbaycanın pərakəndə satış sektorunda göstərdiyi yüksək səviyyəli xidmətlə istehlakçıların rəğbətini qazanmış “Bazarstore” supermarketlər şəbəkəsi olaraq “Qızıl -Gül” firmasının sahibi Axundov Tarifin ittihamlarına cavab olaraq bildiririk:

1. “Qızıl-Gül” firması ilə “Bazarstore” MMC arasında 19 dekabr 2012-ci il tarixli icarə müqaviləsi bağlanıb. İcarə müqaviləsinə əsasən, “Qızıl-Gül” firması Sumqayıt şəhəri, 30-cu məhəllə, N.Nərimanov küç. 3 ünvanında 1400 m2 sahəni “Bazarstore” MMC-yə icarəyə verib. Müqaviləyə əsasən, “Bazarstore” MMC “Qızıl-Gül” fimasına Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulmuş ƏDV xaric 10 000 (on min) manat sabit aylıq icarə haqqı ödəyir. Daha sonra tərəflər arasında 10 iyul 2013-cü il tarixində yuxarıda qeyd edilən icarə müqaviləsinə 1 nömrəli əlavə imzalamış və bu əlavəyə əsasən, icarə sahəsi 1650 m2, icarə haqqı isə 01.06.2013 tarixindən hesablanmaqla 12 000 manat razılaşdırılıb. Beləliklə, tərəflər arasında son razılaşmaya əsasən, icarə haqqı 12 000 manat müəyyən edilmişdir. Hal-hazırda həmin ünvanda “Bazarstore” mağazası fəaliyyət göstərməkdədir. Ötən müddət ərzində “Bazarstore” MMC tərəfindən müqavilə öhdəlikləri tam qaydasında icra edilmiş, icarə haqqı vaxtlı-vaxtında ödənilib. Digər tərəfdən “Bazarstrore” MMC tərəfindən icarə sahəsində öz hesabına yenidən qurma işləri aparılmış və bunun üçün Sumqayıt Şəhər İcra hakimiyyətindən icazə alınmış və icazə sənədi “Qızıl-Gül” firmasına təhvil verilib.

Qeyd edək ki, Müqavilənin 2.6-ci maddəsinə əsasən, “Qızıl-Gül” firması müqaviləyə birtərəfli qaydada xitam verə bilməz. Digər tərəfdən, Müqavilədə icarə haqqının “Qızıl-gül” firması tərəfindən birtərəfli qaydada artırılması nəzərdə tutulmayıb.

2. Bu ilin mart ayından etibarən “Qızıl-Gül” firması tərəfindən şifahi şəkildə icarə haqqının artırılması tələbi səslənmişdir və ilkin olaraq icarə haqqının 16 000 (on altı min) manata artırılmasını istəyirdilər. Onlar bunu manatın devalvasiyası ilə əlaqələndirdilər. Lakin məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən devalvasiyadan sui-istifadə edilməklə qiymətlərin artırılmasına yol verilməməsi ilə bağlı göstəriş verilib. Bu baxımdan “Qızıl-Gül” firması tərəfindən icarə haqqının artırılması tələbi həmin göstərişə zidd idi. Digər tərəfdən icarə haqqının artırılması, “Bazarstore” MMC tərəfindən satış qiymətlərinin artırılmasına da səbəb ola bilərdi. Bu səbəbdən “Bazarstore” MMC qiymət artırılması tələbi ilə razılaşmayıb. Bu hal “Bazarstore” MMC rəhbərliyi tərəfindən “Qızıl-Gül” firmasının nümayəndələri ilə keçirilən görüşdə onların diqqətinə çatdırılıb. Bunu görən “Qızıl-Gül” firmasının direktoru Axundov Elvin Tarif oğlu və onun atası Axundov Tarif tərəfindən icarəyə verilən ünvanda yerləşən “Bazarstore” mağazasının fəaliyyətinə süni maneələr yaradılmağa başlanılıb. Onlar mağazanın ön şüşə vitrinlərinə “mağazanın fəaliyyətini dayandırması” tipli yalan məlumatları əks etdirən yazılar yapışdırıb, öz məqsədlərinə çatmaq üçün provokasiya xarakterli əməllərə əl atmış, mağazanın giriş qapısında dayanaraq istehlakçılar arasında həqiqətə uyğun olmayan məlumatlar yaymış, ictimai asayişi pozmuşlar. Bu tip əməllərin qarşısının alınması üçün “Bazarstore” MMC rəsmi qaydada Sumqayıt Şəhər Polis İdarəsinə 13 aprel 2015-ci il tarixli ərizə ilə müraciət edib. Həmin müraciətdən sonra yuxarıda qeyd edilən əməllər dayandırılıb. Lakin “Qızıl-Gül” firması icarə haqqının 16 000 (on altı min) manata artırılması tələbini səsləndirməkdə davam edib. Bu səbəbdən aprel ayında “Bazarstore” MMC “Qızıl-Gül” firmasının nümayəndələrini yenidən görüşə dəvət edib. Bu görüş zamanı onlar icarə haqqının daha da artırılaraq 20 000 manat müəyyən edilməsini tələb edib. “Bazarstore” MMC bununla razılaşmayıb.

Həmin görüşdən dərhal sonra isə onlar icarə haqqının 30 000 manata qaldırılması ilə bağlı “Bazarstore” MMC-yə rəsmi məktub göndərdilər. 2015-ci ilin may ayında “Bazarstore” MMC icarə haqqının onların ilkin tələbinə uyğun olaraq ƏDV daxil 16 000 müəyyən edilməsinə razılıq verib. Lakin “Qızıl-Gül” firması bununla razılaşmayıb və 30000 manat tələbində israr edib.

3. Daha sonra Qızıl-Gül” firması “Bazarstore” MMC-yə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh “Bazarstore” MMC ilə bağlanılmış 19.12.2012-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin “Qızıl-Gül” firmasının mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllə N.Nərimanov küçəsi 3 ünvanında yerləşən obyektdən çıxarılması və məhkəmə qətnaməsi elan olunan günədək 01.07.2015-ci il tarixdən hesablanmaqla hər gün üçün 3000 manat penya hesablanması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia qaldırıb. Maraqlı məqam ondan ibarətdir ki, “Qızıl-Gül” firması iddia ərizəsində icarə haqqının artırılmasını tələb etməyib. İş üzrə ilk məhkəmə iclası 18 avqust 2015-ci il tarixinə təyin edilib.

4. ƏDV ilə bağlı məsələyə gəldikdə Müqavilədə “Bazarstore” MMC-nin “Qızıl-Gül” firmasının vergi öhdəliklərinə görə məsuliyyət daşıması nəzərdə tutulmayıb. Digər tərəfdən “Bazarstore” MMC-yə “Qızıl-Gül” firmasının ƏDV ödənilməsi ilə bağlı hər hansı müraciəti daxil olmayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən, icarə müqaviləsi üzrə ƏDV ödənilmə öhdəliyini “Qızıl-Gül” firması daşıyır.

Gülər

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın