Menu
Geri İrəli

Sumqayıtda quruculuq abadlıq işləri sürətlə davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2017 • Baxış sayı: 1,584 dəfə • Şərh yoxdur
Share Button

sumqayit-ponorama2Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Sumqayıtda  da özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin  imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin  uğurlarını şərtləndirən əsas məqamlardır.Hazırda  uzunluğu 11 kilometr olan Səməd Vurğun küçəsi  da yenidən qurulur,Bayraq Muzeyi və Yeni Azərbaycan Partiyasının inzibati binasında son tamamlanma işləri aparılır, yaşayış binaların girişiləri ,pilləkən qəfəsləri  eləcə də   fasadları təmir edilir,dam örtükləri yenilənir.

Son illərdə ölkə başçısı tərəfindən  aparılan məqsədyönlü islahatlar Azərbaycanın bütün regionlarında, o cümlədən Sumqayıtda  da  insanların rifahının yaxşılaşması  ilə müşayiət olunub, tikinti quruculuq işləri  uğurla reallaşdırılıb.

Yeni Azərbaycan Partiyası  Sumqayıt şəhər təşkilatı üçün yeni inzibati binada işlər yekunlaşmaq üzrədir. 6-cı mikrorayonu ərazisində tikilən bina ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək. Təşkilatın hazırda fəaliyyət göstərdiyi bina qəzalı vəziyyətdədir.Iki mərtəbədən və mansarddan ibarət inzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub.Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.Müasir avadanlıqla təchiz ediləcək ikimərtəbəli binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq.Sumqayıt Bulavarında   Bayraq Muzeyinin də  inşasında son tamamlanma işləri aparılır.Iki mərtəbədən ibarət olacaq muzeyin tikilməsində əsas məqsəd cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə təkan verməkdir.Binada müasir havalandırma və işiqlandırma sistemi quraşdırılıb. Muzeyin fasad hissəsi aqlay daşlarla üzlənib.

Sumqayıtda  yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi  ilk növbədə  əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhər daxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir.4 kilometrlik Kooroğlu küçəsi  yenidənqurmadan sonra artıq şəhər sakinlərinin  istifadəsinə  verilib. Uzunluğu 11  kilometr olan,uzun illərdən bəri təmir olunmayan    Səməd Vurğun küçəsi  yenidən qurulur. Əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin yaxın vaxtlarda  yekunlaşdırılması planlaşdırılır. Küçənin  yenidən qurulması təkcə sakinlərin işini deyil,eləcə də bu yolun ətrafında yerləşən kimya müəssisələrinin,zavodların yük və sərnişin daşınmasındakı rahatçılğını xeyli yaxşılaşdıracaq.Sumqayıt şəhər  İcra Hakimiyətinin,şəhər  Gigiyena və Epidomologiya Mərkəzinin  birgə səyi nəticəsində şəhər əhalisinin sağlamlığının qorunması və bu sağlamlığa təsir edən ətraf mühit amilərinin mənfi nəticələrinin aradan qaldırılması istiqamətində   kütləvi dezinfeksiya işləri aparılır.

Şəhərdəki   yaşayış binalarının 5 min  giriş qapısı var ki,bunların yarıdan çoxunda    ağartma işləri aparılıb və  girişlərə yeni  kodlu seyf qapılar quraşdırılıb. Hazırda Sumqayıt şəhərində yaşayış  binaların dam örtüklərinin dəyişdirilməsi  və fasadlarn üzlənməsi  işləri də sürətlə davam edir.Qeyd edək ki,Sumqayıtın  mənzil fonduna  cəmi 1364 yaşayış binası daxildir. Şəhərdə gedən quruculuq-abadlıq işləri nəticəsində bu günə qədər    şəhər üzrə 600-ə  yaxın  binanın dam örtüyü metal kirəmit örtüklə əvəzlənib.

sumqayitxeber.com AZTV-nin Sumqayıt şəhərindən hazırladığı VİDEOREPORTAJI təqdim edir:

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın