Menu
Geri İrəli

Sumqayıtda radiodakı oğurluq faktı ilə bağlı istintaq gedir

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2012 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində fəaliyyət göstərən “Radiomor” dakı oğurluq faktı ilə bağlı hazırda istintaq gedir.

www.sumqayitxeber.com saytına açıqlamasında şirkətin rəhbəri Mikayıl Abdullayev bildirib ki, oğurluq faktı ilə bağlı Sumqayıt şəhər 4-cü polis bölməsinə müraciət olunub və hal-hazırda faktla bağlı istintaq gedir.

Qeyd edək ki, radionun yerləşdiyi ofisdə oğurluq hadisəsi baş verib. Oğrular radionun yerləşdiyi ofisin arxa tərəfində olan pəncərinin dəmir barmaqlıqlarını xüsusi alətlə sındırmaqla içəri daxil olublar. Nəticədə radioya məxsus texniki avadanlıqlar – bir neçə kompüter və səsyazma aparatları oğurlanıb.Şirkətə 5 min manatadək maddi ziyan dəyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın