Menu
Geri İrəli

Sumqayıtda Rafael Ağayev oynadı, meyxanaçı Vüqar atmaca atdı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2013 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur
Share Button

azadSumqayıtda keçmiş futbolçu və hakim Azad Mütəllimovun 50 illik yubileyi qeyd olunub. Lent.az-ın məlumatına görə, əvvəlcə Sumqayıt şəhər stadionunda yerli futbol veteranları ilə “Mütəllimovun dostları” adlanan, şou-biznes nümayəndələri, hakimlər və idman jurnalistlərindən ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib.

 Oyun iştirakçıları arasında meyxanaçı Vüqar, skripkaçı Səlim, karate üzrə 4 qat dünya və 8 qat Avropa çempionu Rafael Ağayev, Azərbaycan millisinin sabiq futbolçuları Kamal Quliyev və Mehman Yunusov da yer alıb. Matç veteranlardan ibarət komandanın qələbəsi ilə yekunlaşıb – 5:2.

 Oyundan sonra Sumqayıtdakı şadlıq evlərindən birində yubiley mərasimi təşkil olunub. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Mütəllimovu təbrik etdikdən sonra söz sənətçilərə verilib. Meyxanaçı Vüqar ifası zamanı Topaz Premyer Liqasının XV turunun “Sumqayıt” – “Neftçi” matçında baş verənlərə də diqqət ayırıb. O, qarşılaşmanın baş hakimi Fariz Yusifovun qonaq komandanın qapısına penalti təyin etməməsindən narazılığını bildirərək, mərasim iştirakçılarının alqışlarını qazanıb.

 Qeyd edək ki, Azad Mütəllimov futbolçu kimi Sumqayıtın “Xəzər” klubunun heyətində 2 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı olub. O, Azərbaycan klubları arasında Avropa kuboklarında ilk dəfə çıxış etmiş Tovuzun “Turan” klubunun heyətində Türkiyə “Fənərbağça”sına qarşı oyunlarda iştirak edib. Mütəllimov futbolçu karyerasını başa vurduqdan sonra hakimlik etməyə başlayıb və beynəlxalq dərəcəli hakim dərəcəsinə qədər yüksəlib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın