Menu
Geri İrəli

Sumqayıtda ramazan ayında min nəfər üçün iftar süfrəsi açılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Avqust 2013 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur
Share Button

QAC Sumqayıt şəhər bölməsinin  baş təlimatçısı Fizzə Qurbanova sumqayitxeber.com saytına açıqlamasında bildirib ki,  Qızıl Aypara Sumqayıt şəhər bölməsi Müqəddəs Ramazan ayında “Azərikimya” İB ilə birgə təşkil etdiyi iftar  süfrələrindən  1000 nəfərdən artıq insan faydalanıb. Bundan əlavə əlil uşaqların ailələri,  tənha-kimsəsiz qocalar olmaqla ümumilikdə 227 ailəyə ərzaq bağlamaları və ət payı paylanılıb. Tədbirlərin təşkilində göstərdiyi köməkliyə görə “Azərikimya” İB-yə, “Meqapolis” MMC-yə, “Bismak” qida kompleksinə, Sumqayıt şəhər Mənzil İstismarı Birliyinə və  bundan əlavə tədbirlər zamanı bölməyə yaxından dəstək olan xüsusi ilə də iftar süfrələrinin təşkilində əvəzsiz xidmətləri olan 40 nəfərdən artıq fəal könüllülərimizə öz dərin minnətdarlığımızı bildirir və Müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

 970483_499619000114243_2084352919_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın