Menu
Geri İrəli

Sumqayıtda Ramazan bayramı ərəfəsində xeyriyyə aksiyası -FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Avqust 2013 • Baxış sayı: 168 dəfə • Şərh yoxdur

Ramazan bayramı ərəfəsində xeyriyyə aksiyası YAP Sumqayıt şəhər təşkilatı bir qrup fəal gənclə Ramazan bayramı ərəfəsində aztəminatlı və kimsəsiz ailələrə baş çəkmiş, onlara bayram sovqatı təqdim etmişlər. Aksiyada iştirak edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin gənclərlə iş üzrə müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvü Ceyhun Məmmədov baş çəkilən ailələrə şəhər partiya sədri Asif İmaməliyevin təbrikini çatdırmışlar.

Elmar Xəlilov qeyd etmişdir ki, həyata keçirilən xeyriyyə aksiyalarının və əhalinin aztəminatlı hissəsinə ayrılan qayğının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bugün onun layiqli davamçısı, partiyanın sədri cənab prezident İlham Əliyev tərəfindən dəstəklənir. Bu cür aksiyalar YAP üzvləri tərəfindən müntəzəm olaraq həyata keçirilir və gələcəkdə daha da genişlənəcək. Görüşlərdə həmçinin ailələrin problemləri və qayğıları ilə də maraqlanılmışdır. Baş çəkilən ailələrin üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda cənab prezidentimiz olmaqla YAP Sumqayıt şəhər təşkilatının sədrinə, həmçinin aksiyada iştirak edən hər bir kəsə təşəkkür etdilər.

993694_655888557757748_1800382875_n 541738_655889234424347_1820808467_n 1004682_655888057757798_582898315_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın