Menu
Geri İrəli

Sumqayıtda regional seminar keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Noyabr 2013 • Baxış sayı: 166 dəfə • Şərh yoxdur

seminarNoyabrın 21-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında idarəetmə sistem­lərinin sertifikatlaşdırılması sahəsində dünya lideri olan SGS şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən «Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsi mərhələləri» üzrə regional seminar keçirilmişdir.

«Azərikimya» İB-nin tabeliyində olan müəssisələrin rəhbərləri ilə yanaşı Sumqayıtda fəaliyyət göstərən digər tanınmış şirkət və müəssisələrin rəhbərlərinin də təmsil olunduğu seminarı Birliyin İcraçı direktorunun müavini Xalıq Mustafayev açmış, SGS şirkətinin Xəzəryanı dövlətlər üzrə meneceri Azər Məmmədov şirkət haqqında geniş məlumat vermişdir. Vurğulanmışdır ki, Mərkəzi ofisi İsveçrədə olan SGS şirkəti 1878-ci ildən fəaliyyət göstərir və dünyanın 145 ölkəsində nümayəndəliyi vardır. Adı keyfiyyət və etibarlılıq etalonuna çevrilən və ekspertiza, nəzarət, yoxlama və sertifikatlaşdırma sahəsində lider olan şirkətin dünya üzrə 1500-dən artıq ofisi və laboratoriyası mövcuddur ki, orada da 75 mindən çox işçi çalışır.

Seminarda «SGS Azəri LTD»nin idarəetmə sistemlərinin və xidmətlərinin sertifikat­laş­dırılması üzrə auditoru cənab Əmir Sultanovun «İSO 9001:2008-ə görə Keyfiyyət İdarəetmə Sistemi nə deməkdir və o nəyə lazımdır?» mövzusunda məruzəsi və təqdimatı dinlənilmişdir. Keyfiyyət İdarəetmə Sisteminin müştərilərin tələblərinə uyğun yüksək səviyyəli xidmət göstərilməsini və məhsul istehsalını zəmanətli edən keyfiyyət idarəetmə tələbi olduğunu qeyd edən məruzəçi,  bu sistemin üstün cəhətlərindən birinin də mülkiyyət formasından, ölçüsündən və fəaliyyət istiqamətindən asılı olmayaraq tətbiq dairəsinin çox geniş olmasını vurğulamışdır. Hazırda dünyada 800 mindən artıq şirkət bu sertifikatla təmin olunmuş, Azərbaycanda isə 300-ə yaxın şirkət sertifikatlaşdırılmışdır.

ARDNŞ-in Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov sertifikatlaşdırma sahəsində öz təcrübələrini seminar iştirakçıları ilə bölüşmüşdür.

Sonda SGS şirkətinin nümayəndələri tərəfindən seminar iştirakçılarının bir çox sualları ətraflı cavablandırılmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın