Menu
Geri İrəli

Sumqayıtda reklamlar niyə sökülür? – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2015 • Baxış sayı: 1,324 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhər 20 yanvar küçəsində bir çox obyektlərin üzərində yerləşən reklam lövhələrinin sökülməsi ilə bağlı sumqayitxeber.com a şikayət məktubu daxil olub. Şikayət məktubunda qeyd olunur ki, küçə boyunca obyektlərin üzrəində olan reklam materialları Sumqayıt şəhər 3 saylı Mənzil İstismar İdarəsinin əməkdaşları tərəfindən öncədən xəbərdrlıq edilmədən sökülüb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etdik. Şəhər İcra Hakimiyyətindən “sumqayitxeber.com”a bildirdilər ki, söküntü işləri «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.  Reklam işi şəhərlərimizin gözəlliyinə xidmət etməlidir. Təəssüf ki, şəhərdə obyektlərin üzərində gördüyümüz bir çox reklamlar şəhərin ümumi estetik görünüşünə xələl gətirir. Əcnəbi dildə yazılan, milli dəyərlərimizə zidd olan, şəhərin estetik görünüşünü pozan, reklam müqaviləsi olmayan bütün materiallar söküləcək.

12387984_983150068397997_677820232_n 12388133_983151791731158_223318466_n 12395098_983151831731154_868001300_n 12395639_983151808397823_1655004528_n 12395650_983150071731330_1681456616_n 12399001_983154455064225_1080789197_n reduco564

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın