Menu
Geri İrəli

Sumqayıtda ruhi xəstələrin vahid uçotu elektron qaydada aparılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2014 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrin vahid uçotu elektron qaydada aparılacaq.
Səhiyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar dispanser artıq beş ədəd kompüterlə təmin olunmuşdur.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri bu günlərdə dispanserin bütün obyektlərinə baxış keçirmişlər. Baxış zamanı müəssisədə tibbi xidmət, qidalanma və xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmamışdır.
Dispanserdə stasionar və ambulator müalicəsi aparılan xəstələrin dərman preparatları, həmçinin tibbi ləvazimatlarla, gigiyenik vasitələrlə kifayət qədər təmin olunduğu müəyyənləşdirilmişdir.

elektronqeydiyyat

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın