Menu
Geri İrəli

Sumqayıtda Rüstəm İbrahimbəyova imza toplayacaq müsavatçılar müəyyənləşib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2013 • Baxış sayı: 129 dəfə • Şərh yoxdur

Bu gün Müsavat Partiyası başqanı İsa Qəmbərin Seçki Qərargahının növbəti toplantısı keçirilib.

Bu barədə AzNews.az-a məlumat verən partiya başqanının müavini Gülağa Aslanlı bildirib ki, toplantıda əsasən rayon və bölgələrdə dairə seçki komissiyalarının yaranması məsələsi müzakirə edilib və bəzi rayonlarda bu işin tezliklə sona çatdırılması tövsiyə edilib.

G.Aslanlının sözlərinə görə, Müsavatın regionlarda dairə seçki komissiyalarının formalaşdırılması işi normal davam edir.

Toplantıda eyni zamanda Bakı şəhərində işğal altında olan rayonların sakinləri və Sumqayıt şəhərində imza toplama kampaniyasını həyata keçirəcək partiya üzvləri üçün təlimlərin vaxtı da müəyyənləşdirilib. G.Aslanlı bildirib ki, avqustun 3-də həmin şəxslər üçün təlim-seminar keçirilməsi qərar alınıb.

Onun sözlərinə görə, partiya strukturunda həmin şəxslər əsasən müəyyən olsa da, imzatoplama kampaniyasına yeni müsavatçıların da cəlb edilməsi istisna deyil. Müsavat başqanının müavini onu da qeyd edib ki, seminarda təlim keçəcək həmin şəxslər Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun da imzatoplama kampaniyasında iştirak edəcək.

Anar
AzNews.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın