Menu
Geri İrəli

Sumqayıtda Şəhidlər Xiyabanında Azərbaycan bayrağı niyə yoxdur?

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur
Share Button

İnsanların müxtəlif birlikləri yaranmağa başladıqdan, sivilizasiya müəyyən təkamül yolu keçdikdən sonra bu cür birliklər özünüifadənin və təqdimetmənin müxtəlif yollarını tapırdılar.

  Beləcə formalaşan elementlərdən biri də atributlar oldu, məsələn, bayraq. Sonralar dövlətlər üçün də bayraq mühüm atribut sayılmağa, hətta müqəddəsləşməyə başladı…

Bu gün qloballaşmanın yüksək mərhələsində belə bayraq hər bir dövlət üçün ən mühüm atribut olaraq qiymətləndirilir. Azərbaycan Respublikası da üçrəngli bayrağını müstəqilliyinin, suverinliyinin rəmzi olaraq uca tutur. Çünki bu bayraq yüzlərlə, minlərlə azərbaycanlının qanı ilə boyanıb. İstər XX əsrin əvvəllərində, Cumhuriyyətin yaradılması ərəfəsində, istərsə 80-ci illərin sonu, 90-cı illərin əvvəllərindəki azadlıq hərakatlarında, istərsə də Qarabağ döyüşlərində üçrəngli bayrağımız öndə gedib, uca tutulub və bu xalqın fədakar oğulları o bayrağı öz canlarından yüksək biliblər…

Bu gün ölkəmizdə dövlət bayrağının istifadəsi ilə bağlı ayrıca qanun və Əsasnamə mövcuddur.

Bundan başqa dövlət başçısının sərəncamı ilə 2009-ci ildən ölkəmizdə Dövlət Bayrağı günü qeyd edilir. Bu atributlarımızla bağlı daha bir fakt isə ondan ibarətdir ki, bu gün dünyanın ən hündür bayraq qüllələrindən biri Bakıda – Bayraq Meydanında yerləşir.

Bakıda yerləşən Şəhidlər Xiyabanında da üçrəngli bayrağımız dalğalanır.

Bəs maraqlıdır görəsən bayrağımızın Sumqayıtdakı Şəhidlər Xiyabanında da yerləşdirilməsinə nə mane olur?! Axı orada uyuyan yüzlərlə gənc elə o bayrağın uğrunda canını qurban verib… Axı bu bayrağa sarılıb uyumaq, məzarlarının üstündə üçrəngli bayrağı hiss etmək  o qəhrəman oğulların müqəddəs ruhlarının haqqıdır. Axı onların haqqı hamımızdan çoxdur… Axı onların haqqı hamımızın üzərindədir… Axı… Axı…

Gəlin, bu barədə düşünək, cənablar! Üçrəngli bayrağımızı Şəhidlər Xiyabanında nəhayət ki, dalğalandıraq.

“168 saat”

ulduz

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın