Menu
Geri İrəli

Sumqayıtda “Şadlıq saraylarında yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Fevral 2014 • Baxış sayı: 801 dəfə • Şərh yoxdur

sadliq sarayaasdFövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində “Şadlıq saraylarında yanğın təhlükəsizliyi qaydaları” mövzusunda bu şəhərdəki şadlıq evləri nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilmişdir.

FHN-dən AzərTAc-a bildirmişlər ki, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti və Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə idarələri ilə birgə keçirilən müşavirədə son vaxtlar respublika ərazisində baş verən yanğın və partlayış hadisələrindən doğan narahatlıq ifadə olunmuş, bu tip hadisələrin qarşısını təbliğat və maarifləndirmə vasitəsilə almağın mümkünlüyü vurğulanmışdır.

Müşavirədə “Yanğın təhlükəsizliyinin problemləri və həlli yolları”, “Şadlıq evlərində yanğın təhlükəsizliyi qaydaları” və “Təbii qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının təşkili və onlardan istifadə qaydaları” mövzularında çıxış edən natiqlər şadlıq evlərində yanğın təhlükəsizliyi sahəsində mövcud problemlər və onların həlli yolları, yanğınsöndürmə zamanı ortaya çıxan çətinliklər barədə iştirakçılara məlumat verərək onların nazirliyin aidiyyəti qurumları ilə sıx əlaqədə fəaliyyət göstərmələrinin zəruriliyini diqqətə çatdırmışlar.

Tədbirdə, həmçinin şadlıq evlərinin rəhbərlərinə lazımi tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən sənədli film və “Şadlıq saraylarında yanğın təhlükəsizliyi” mövzusunda hazırlanmış videoçarx nümayiş olunmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın