Menu
Geri İrəli

Sumqayıtda şagirdi döyən müəllim danışdı – “Müəllimi bu qədər alçaltmaq olmaz…” – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2016 • Baxış sayı: 2,114 dəfə • 2 şərh

photo_57502Sumqayıtda şagirdi döyən müəllimi ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində baş verənlərə aydınlıq gətirib. O qeyd edib ki, şagirdin dəcəlliyinə görə müəllimi bu qədər alçaltmaq olmaz.

“Videonu sinif uşaqları çəkmişdi. Uşağın dəcəlliyinə görə müəllimi bu qədər alçaltmaq olmaz. Mənim 60 yaşım var. Heç bir  müəlim uşağı günahsız yerə vurmaz. Mənim nə günahım var? Çox tələbələrim var, onlar niyə mənim haqqımda narazıçılıq bildirmirlər? O uşağın valideynləri o qədər tərbiyəli insanlardır ki, mən hələ özümə gələ bilmirəm”

Verilişdən bu və digər görüntüləri ATV.az-ın ”Verilişlər” bölümündən izləyə bilərsiniz

Nigar RƏHİMQIZI

Facebook Şərhləndirmə:

“Sumqayıtda şagirdi döyən müəllim danışdı – “Müəllimi bu qədər alçaltmaq olmaz…” – VİDEO” yazısına 2 cavab

  1. Adil m. deyir:

    Görün hara gəlib çıxmışıq! Kim olursa olsun müəllim heç vaxt,heç zaman şagirdə nahaqqdan söz belə deməz! Azərbaycanda şagirdin hüququ qorunur,çox yaxşı.
    Bəs bu yazıq müəllimin hüququnu kim qoruyacaq?
    Hamı müəllimi müzakirrə edir,biri demir çağıraq bu şagirdi və soruşaq bala nə istəyirsən?
    Bİzləri də müəllim döyüb,heç qorxumuzdan evdə belə deyə bilməzdik! Çünki soruşardılar nə etmisən?
    İndi həyasızlıq o dərəcəyə çatıb,günahın ola-ola başqasını -müəllim günahkar sayılir!
    Deyirlər Amerika da müəllim heç vaxt şagirdi döymür və döyə ddə bilməz. Onu da xahiş edərdim yaddan çıxartmayaq ki,ən dəhşətli cinayətkarlar Amerikadadır! Bunu isə ümumiyyətlə yaddan çıxartmaq olmaz!

  2. Adil m. deyir:

    Çox hörmətli “Sumqayıtxeber.com”-çular! Axşam televiziyada eşitdim ki,yenə müüəllimlər müzakirə olunur. Sizdən xahiş edərdim ki,bir dəyirmi masamı deyim,stolmu deyim,a(dı siz daha yaxşı bilərsiniz.) keçirdin.Bütün təbəqələrdən həm müəllimləri,həm də şagird və valideynləri dəvət etməklə bir müzakirə açın və bu məsələnin həlli yollarrini demirəm tapın.Ən aşağı bu işə bir köməklik göstərə bilərsiniz.
    Müəllim nahaqdan heç kimə əl qaldırmaz! Ölkədə müəllimi qınaqmaq müzakirəsi doğru fikir deyil! Müəllimləri oz işlədikləri qurumlarda,müəllimlər içində müzakirələr daha effektli olar!

Şərhinizi yazın