Menu
Geri İrəli

Sumqayıtda şagirdin döyülməsi barədə xəbər araşdırılır

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 14 Yanvar 2015 • Baxış sayı: 706 dəfə • Şərh yoxdur

Sumqayıtda 37 saylı məktəbdə şagird müəllimə tərəfindən döyülüb.
publika.az1421216175muallim doydu

Publika.az-ın məlumatına görə, bu barədə Emin adlı şagirdin anası sosial şəbəkədə bu barədə yazıb.

Sumqayıt Şəhər Təhsil İdarəsindən bildirdilər ki, bu xəbərlə bağlı məlumatları var və araşdırma aparılır:

“Bu gün səhər məktəb direktoru ilə əlaqə saxlamışıq. Həmin şagird bu gün məktəbə gəlməyib. Məktəb rəhbərliyi də onların evinə gedib, dərsə gəlməməsinin səbəbi ilə maraqlanacaqlar. Müəllimədən də izahat alınıb, o, belə bir hadisənin olmadığını deyib. Biz məktəbə məlumat verənə qədər direktor və müəllimə bu məlumatdan xəbərsiz idi”.

İdarədən bildirdilər ki, ehtiyac olarsa, onlar da məktəbə baş çəkib, hadisə ilə maraqlanacaqlar.

Qeyd edək ki, Sitarə Zəngəzurlu adlı şəxs sosial şəbəkədə oğlunun şəklini paylaşaraq onun müəlliməsi tərəfindən döyüldüyünü bildirib.

“Sumqayıt şəhər 37 saylı məktəbdə təhsil alan oğlum, 6 b sinfinin şagirdi Emin sinif rəhbəri Gülşarə tərəfindən döyülərək bu hala gəlib, hal-hazırda oğlumun vəziyyəti pisdir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın