Menu
Geri İrəli

Sumqayıtda şagirdlər vahid məktəbli formasına keçəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2010 • Baxış sayı: 248 dəfə • 1 şərh

Bu ildən Sumqayıtda orta məktəblərdə vahid məktəbli formasının tətbiqinə başlanacaq. Bu barədə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib.

Onun sözlərinə görə, şəhər üzrə vahid məktəbli geyiminin tətbiqi bütün sinif şagirdlərinə şamil olunacaq: “Məktəbli forması geyinmək şagirdlər üçün məcburidir və hazırda bütün məktəblərin məktəbli forması var. Bu ildən isə Sumqayıt şəhəri üzrə vahid məktəbli formasına keçid nəzərdə tutulub. Prosesin bir il müddətində başa çatdırılması planlaşdırılır”.

V. Bağırovun sözlərinə görə, yeni dərs ilində şagirdlər vahid məktəbli geyimi ilə yanaşı, əvvəlki illərin nümunəsini də geyinə bilərlər: “Kim yeni nümunədən paltar almaq istəyirsə, ala bilər. Amma kimin əvvəlki nümunədən təzə paltarı varsa, bu il onu geyinə bilər. Buna icazə verilib. Vahid formanın məcburi qaydada tətbiqi zamanı isə hamı yeni nümunədən almalı olacaq. Geyimləri Bakı Tikiş Fabriki tikəcək”.

APA

Facebook Şərhləndirmə:

“Sumqayıtda şagirdlər vahid məktəbli formasına keçəcək” yazısına bir cavab

  1. konul deyir:

    Yaxşı olardı yazasınız ki, formanı haradan əldə etmək olar və kim qaranti verir ki, gələn il forma dəyişilməyəcək?çox xahiş edirəm sualımı cavablandırasınız?

Şərhinizi yazın