Menu
Geri İrəli

Sumqayıtda “Sağlam Gənclik -ANTİ Narkomaniya” rəsm sərgisi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Mart 2014 • Baxış sayı: 1,003 dəfə • Şərh yoxdur

Sumqayıtda “Sağlam Gənclik -ANTİ Narkomaniya” rəsm sərgisi keçirilib 19 mart 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilən “Sağlam Gənclik -ANTİ Narkomaniya” layihəsi çərçivəsində rəsm sərgisi keçirilib.

Gənclər və yeniyetmələr arasında keçirilən rəsm sərgisi layihəsinin rəhbəri Aytən Talıbova bildirib ki, layihənin həyata keçirilməsində məqsəd istedadlı gənclərin üzə çıxarılması və eyni zamanda böyüməkdə olan gənc nəslin anti narkomaniya təbliğatında fəal iştirakçılığını təmin etməkdir. Layihənin sonunda müsabiqəyə təqdim olunmuş şəkillər səs vermə yolu ilə seçilmiş və 1-ci 2-ci və 3 cü yerlərə layiq görülmüş şəkillərin müəllifləri sertifkatlara layiq görülüb.

1800920_631583023582833_1008870257_n 1964685_631583010249501_1817421202_n 10149342_631583020249500_1919581567_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın