Menu
Geri İrəli

Sumqayıtda sağlamlıq üçün təhlükəli binalar – SAKİN RƏYİ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2015 • Baxış sayı: 1,053 dəfə • Şərh yoxdur

Görəsən daha neçə bina yanmalı və insan ölməlidir ki, bizim məmurlar insan həyatının mahiyyətini və dəyərini anlasınlar?!

Həqiqətən olduqca dəhşətli bir hal ilə üz-üzəyik. Ailəmizi dolandırmaq üçün uşaqlarımızı və yaşlılarımızı evdə qoyaraq iş dalınca gedirik. Evlərimiz isə evdəki əzizlərimiz ilə birlikdə təhlükədədir.
Bu gün bu olayların həqiqi günahkarları və səbəbkarları günahkar “fokus”undan kənarda qalıblar. Həbs olunanlar isə bu işin sadəcə aşaöı ranqlı icraçılarıdır. Bu layihələri təklif edən, hazırlayan və nəhayət bu layihələri təsdiqləyən aidiyyatı qurumlar var. Onlar xalq qarşısında hesabat verməlidilər.
Bu barədə dəfələrlə yazılıb və sosial şəbəkələrdə müzakirələr aparılıb. Lakin biz jurnalistlər bu məsələni lazımı səviyyədə işıqlandıra bilməmişik və bir birimizə dəstək olmamışıq.
Sumqayıtda 36-cı məhəllənin Sülh küçəsində və Bakı küçəsində şəhərə gələn qonaqlar və ölkə başçısına gözəl görsənsin deyə üzlüklənən binalar insanlar üçün tək yanğın təklükəsi deyil. Fasadlanan binaların yalnız şəhərə gələn qonaqlar üçün görsənən hissələri fasadlanır. Həm də yaşayış üçün sağlamlığımızın təhlükəsidir.
Təsəvvür edin ki, binanı elə layihələndirdilər ki, binanın 1-ci mərtəbəsində olanlar mənzillərini sataraq köçmək məcburiyyətində qaldılar. Binanın 2-ci mərtəbəsində mətbəxdə hazırlanan yeməyin iyi bina ilə üzlük arasında məsafə olduğundan bütün mənzillərə yayılır. Vətəndaşların 120 sm-lik eyvanları sökülərək eni 40 sm-dək kiçildilir və eyvanların hündürlüyü isə azyaşlı uşaqlar üçün potensial təhlükədir. Sumqayıtda sözügedən binaların birində gözəl görsənsin deyə illər ilə mövcud olan mozaikanı sadəcə pəncərələr ilə əvəz etdilər.
Ən acınacaqlısı isə odur ki, bu nöqsanlar və narahatçılıqlar barədə şəhər İcra Hakimiyyəti orqanına və müvafiq orqanlara ünvanlanan vətəndaş şikayətləri baxımsız olaraq qalır.

Şəhər sakinləri

10914936_10204457194974136_4886738743089562398_o 11048732_10204457194934135_2874084603172084235_n 11219699_10204457194894134_3933309889897600378_n 11350659_10204457195174141_4085595691418875383_n

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın