Menu
Geri İrəli

Sumqayıtda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcuddur

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyul 2010 • Baxış sayı: 287 dəfə • 2 şərh

Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirməyə başlayıb. Fonddan SİA-ya verilən məlumata görə, layihə çərçivəsində Sumqayıtda sahibkarlarla keçirilən ilk tədbirdə yerli dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak ediblər.

Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri bildiriblər ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcud olduğuna görə Fond sahibkarları maarifləndərməklə yanaşı, onlara hüquqi yardım göstərmək fikrindədir.

İş adamları məmurların onların işinə əsassız müdaxilələrindən, onların fəaliyyətinə şəhər vergi, əmlak və reyester xidməti, əmək müfəttişliyi və sanitar epidemioloji xidmət, yerli icra strukturları əməkdaşlarının süni maneələr yaratmalarından narazılıq ediblər. Hətta sahibkarların əmlak məsələləri ilə bağlı verilən məhkəmə qərarlarının da vergi xidməti tərəfindən icra edilməməsi vurğulanıb.

Sumqayıt şəhər Vergi Xidməti nümayəndəsi tədbirdə iştirak etməyib. Bütün bu qeyri-qanuni müdaxilələrə görə sahibkarlar fəaliyyətlərini genişləndirə bilmədiklərini söyləyiblər.

Korrupsiyaya qarşı Mübarizə Fondu digər regionlarda da belə görüşlərin keçirilməsini nəzərdə tutur. Yekunda konkret faktlara əsaslanan nəticələrlə bağlı pozuntuya yol verən qurumlarla əlaqədar daxil olan şikayətlərin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcəyi də vurğulanıb. SİA

Facebook Şərhləndirmə:

“Sumqayıtda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcuddur” yazısına 2 cavab

  1. imran deyir:

    Adıçəkilən fondun keçirdiyi formal olaraq , görüntü üçün keçirilən tədbirdən başqa bir şey deyildir.Əgər bu belə olmasa idi bizim “əziz “korrupsionerlər üçün təcili olaraq 250 minlik (bəlkə də daha çox tutumlu)zindan tikmək lazım olardı…

  2. imran deyir:

    Adıçəkilən fondun keçirdiyi tədbir formal olaraq , görüntü üçün keçirilən tədbirdən başqa bir şey deyildir.Əgər bu belə olmasa idi bizim “əziz “korrupsionerlər üçün təcili olaraq 250 minlik (bəlkə də daha çox tutumlu)zindan tikmək lazım olardı…

Şərhinizi yazın