Menu
Geri İrəli

Sumqayıtda şahmat festivalı təşkil olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 557 dəfə • Şərh yoxdur

shahmat festivaliİyunun 29-da Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər gənclər və idman baş idarəsinin və 3 nömrəli uşaq-gənclər idman şahmat-dama məktəbinin təşkilati dəstəyi ilə “Əqlin gimnastikası və ağıllı addım” layihəsi çərçivəsində şahmat festivalı keçirilib.
Baş idarədən bildiriblər ki, festivalı açan layihə rəhbəri Anar Qasımov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, ölkəmizdə yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Bildirilib ki, məqsəd “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”na dəstək olmaq, yeniyetmə və gənclər arasında şahmat oyununa marağı artırmaqdır. Bu oyunun gənclərin ixtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünün inkişafına müsbət təsir edə biləcəyini onlara mənimsətməkdir. Eyni zamanda, 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarışı və 2016-cı ildə 42-ci Dünya Şahmat Olimpiadasının Vətənimizdə keçirilməsi haqqında gəncləri maarifləndirməkdir.
Məktəbin məşqçi–müəllimi Q.Balacayevin baş hakimliyi ilə dairəvi sistem üzrə qırx nəfər iştirakçı arasında keçirilən və səkkiz saat davam edən gərgin mübarizənin sonunda birinci dərəcəli şahmatçılar Kamal Əzizov birinci, Şəhla Əzizova ikinci və Əli Quliyev isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə medal, sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.
Ümumilikdə isə festival iştirakçılarının hər birinə sertifikat və bukletlər, papaq və köynəklər paylanılıb.
Çıxış edənlər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsi kimi bütün dünyada öz layiqli yerini tutduğunu vurğulayıblar. Müstəqil Azərbaycanın idmançılarının dünya miqyasında böyük uğurlar qazandıqları, ölkəmizin dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olması fərəh hissi ilə qeyd edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın