Menu
Geri İrəli

Sumqayıtda şair Əliağa Aslanın 55 illik yubleyi keçirildi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2015 • Baxış sayı: 1,073 dəfə • Şərh yoxdur

11224263_1537685766522040_5895152528285799388_n

sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhər “28 May” Mədəniyyət evində şair Əliağa Aslanın 55  illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbirdə Əliağa Aslanın həyat və yaradıcılığından bəhs olunan film nümayiş olunub. Tədbirdə çıxış edən şairin qələm yoldaşları Əliağa Aslanın yaradıcılığına toxunaraq şairlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında şeirləri dərc olunub.

1998-ci ildə ilk kitabı “Ayrılıqlar içində” çapdan şıxmışdır. Şairin müxtəlif illərdə “Kərəm ahı”, “Ayrılıqlar sevgilərdən başlayır”, “Məni sən öyrətdin ayrılıqlara”,”Mən dünyaya qərib gəldim”,”Bu dünya qonaq saxlamır”, “Və ölümündən sonra çap olunan”, “Qəfil gələn ayrılıq” kitabları nəşr olunub.

Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən  sonra dünyasını dəyişmişdir.

Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.

  12191993_1537686583188625_343245772305174554_n 12313620_1537686703188613_5053819450869080533_n 12321563_1537685199855430_1705065302335959600_n 12347752_1537685213188762_4114898867668418808_n12347928_1537680253189258_8399634291594824957_nUntitled-3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın