Menu
Geri İrəli

Sumqayıtda şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 541 dəfə • 1 şərh

Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib.

Gecəni giriş sözü ilə açan şair Əjdər Ol  Sabir Sarvanın həyatı və yaradıcılığından danışıb.  “Hər bir şair milli ruhun daşyıcısıdır. Sabir Sarvan milli ruhu özündə daşıyan və yaşadan şairlərdəndir” deyən natiq  yubilyarı təbriuk edib, xoş arzularını çatdırıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək olkə və şəhər rəhbərliyinin ədəbi mühitə diqqət və qayğısından danışıb, yubilyarı şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından təbrik edib, Fəxri Fərman və hədiyyə təqdim edərək yaradıcılıq uğurları arzulayıb.

AYB-nin katibi İlqar Fəhmi, tənqidçi İlham Abbasov,cənub Azərbaycan ədəbiyyatının nümayəndəsi Sayman Arus, yazışı Varis və digərləri çıxış edərək Sabir sarvanı təbrik edib, xoş arzularını çatdırıblar.

Gecədə  muğam üşülüyünün ifası, Sumqayıt Dövlət Dram teatrının aktyorlarının ifasında səslənən şeirlər dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Sonda şair Sabir sarvan gecənin təşkilatçılarına, şəhər rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, müxtəlif illərdə yazdığı şeirlərini oxuyub.


dsc_0026 dsc_0047

dsc_0018 dsc_0048 dsc_0052 dsc_0056 dsc_0063 dsc_0069 dsc_0079 dsc_0092 dsc_0096 dsc_0103 dsc_0105 dsc_0110 dsc_0124

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib – FOTOLAR” yazısına bir cavab

  1. Əli Nəcəfxanlı deyir:

    Səmimi təbriklər, ey zəmanəmizin Sabiri!

Şərhinizi yazın