Menu
Geri İrəli

Sumqayıtda şəhər daxili yollar yenidən qurulur – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Avqust 2017 • Baxış sayı: 464 dəfə • Şərh yoxdur
Share Button

asfalt77Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf nəticəsində  respublikanın bütün regionlarında  yeni yollar salınır, mövcud yollar  isə  ən müasir səviyyədə yenidən qurulur.Sumqayıt şəhərini Hacı Zeynalabdin Tağıyev qəsəbəsi   ilə birləşdirən avtomobil yolu da yenidən qurulur.

Sumqayıtda  yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi  ilk növbədə  əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsaslı tədbirlərdəndir. Şəhər daxili küçələrin, eləcə də məhəllədaxili yolların asfaltlanması işləri mərhələli şəkildə davam edir. Uzun illərdən bəri təmir olunmayan  Sumqayıtı  Hacı Zeynalabdin Tağıyev  qəsəbəsi ilə birləşdirən  Səməd Vurğun küçəsi  yenidən qurulur.

Sumqayıt şəhərini Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə birləşdirən  avtomobil yolunun artıq 3 kilometr hissəsi istifadəyə verilib.Avtomobil yolunda təmir tikinti işləri tam yekunlaşdıqdan sonra bu yoldan istifadə edən sürücülərin,eləcə də 50 minə yaxın qəsəbə sakininin gediş gəlişi xeyli rahatlaşacaq.

Bir əsrdən çox yaşı olan qəsəbənin avtomobil yolunun yenidən qurulması təkcə sakinlərin işini deyil,eləcə də bu yolun ətrafında yerləşən kimya müəssisələrinin,zavodların yük və sərnişin daşınmasındakı rahatçılğını xeyli yaxşılaşdıracaq. Səməd Vurğun küçəsinin   təmir-bərpa işləri tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. İşlərin yaxın vaxtlarda  yekunlaşdırılması planlaşdırılır.Layihəyə uyğun bütün işlər yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.Yeni yolun tikintisi yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edəcək.

Yol boyu bütün komunikasiya xətləri yenilənir,küçənin görünüşünə xələl gətirən   yerüstü  kommunikasiya xəttləri  yeraltına keçirilir.Qeyd edək ki, Həsən  Əliyev, Üzeyir  Hacıbəyov, Zülfü Hacıyev, Niyazi, İsmət Qayıbov, Babək, Bakı  və 20 Yanvar küçələrində,şəhərin 1-ci, 5-ci, 8-ci, 9-cu, 11-ci mikrorayonlarında, 3-cü, 4-cü və 14-cü məhəllələrin ərazisində asfalt örtüyü yenilənib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın