Menu
Geri İrəli

Sumqayıtda şəhid abidəsinin açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 May 2014 • Baxış sayı: 698 dəfə • Şərh yoxdur

976204Bu gün Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində şəhid Əhməd Məmmədovla Vəzir Əliyevin abidəsinin açılış mərasimi olub.

 Mərasimi abidənin qurulmasının təşəbbüskarı iş adamı Əlövsət Babayev açıq elan edib. Ə.Babayev tədbirin mahiyyətindən, şəhidlərin adının əbədiləşdirilməsinin önəmində danışıb. Sonra Koroğlu üverturasının sədaları altında şəhidlərin övladları büstlərin üzərindəki örtüyü götürərək abidənin açılışını ediblər. Daha sonra abidənin önünə əklil qoyulub. Şəhid Əhməd Məmmədovun oğlu Zaur Əhməd çıxış edərək abidənin qurulmasında əməyi keçən hər kəsə, xüsusən də Əlövsət Babayevə təşəkürünü bildirib. O, müstəqil Azərbaycanın tezliklə qələbə gününü qeyd edəcəyini də vurğulayıb. Sonra şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri çıxış edərək ürək sözlərini bildiriblər. Mərasimə qatılanlar abidənin önünə gül-çiçək düzüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın