Menu
Geri İrəli

Sumqayıtda şəhid ailələri üçün bayram süfrəsi açılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2016 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər İcra Hakimiyyəti Novruz bayramı ilə əlaqədar şəhid ailələri üçün bayram süfrəsi açmışdır.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov çıxış edərək, İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun təbrikini şəhid ailələrinə çatdıraraq bildirmişdir ki, ölkəmizdə şəhid ailələri daima dövlətimizin qayğısı ilə əhatə olunur və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bu siyasət uğurla davam etdiriləcəkdir.

Tədbirdə çıxış edən şəhid ailələri ölkə başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Sonda 500-ə yaxın ailəyə  Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatı paylanılıb.

DSC_0028

DSC_0010 DSC_0014
DSC_0022
DSC_0030 DSC_0032 DSC_0038 DSC_0049 (1) DSC_0053

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın