Menu
Geri İrəli

Sumqayıtda səki təmiri dəhşətli qəzaya səbəb oldu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 1,416 dəfə • 1 şərh
Qəza zamanı torpaq topaları ilə üzbəüz gələn sürücü idarəetməni itirib və nəticədə avtomobil uzun bir məsafəni sürüşərək yol qırağındakı ağaclığa çırpılıb
AzadXeber.az-ın verdiyi məlumata görə, dünən Sumqayıtın 6-cı mikrorayon ərazisində dəhşətli yol qəza hadisəsi baş verib. Heydər Əliyev adına parkın qarşısındakı yolda baş verən qəzaya səbəb yol qırağındakı səkiləri düzəltmək üçün istifadə edilən torpağı avtomobillərin hərəkət istiqamətinə tökülməsi olub. Yola tikinti materialının tökülməsi azmış kimi, həmin əraziyə təmirlə bağlı heç bir nişan da yerləşdirilməyib. Qəza zamanı torpaq topaları ilə üzbəüz gələn sürücü idarəetməni itirib və nəticədə avtomobil uzun bir məsafəni sürüşərək yol qırağındakı ağaclığa çırpılıb. Hadisə nəticəsində sürücü ağır xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Olayla bağlı lentə alınan həvəskar kamera çəkilişini sizlərə təqdim edirik.

5a158558113b867c96e806b87946db69_YYYYY 11283167fff087c632b36de7117cbe8d_YYYYY b6ecef8cd2a965bc1f96b3b9434a0e23_YYYYY

Facebook Şərhləndirmə:

“Sumqayıtda səki təmiri dəhşətli qəzaya səbəb oldu – FOTO” yazısına bir cavab

  1. Şah deyir:

    Mən də ayın 4-ü eyni yerdə qoyulan mərmər plitələrin ucbatından qəza etdim hadisədə 5 maşın xəsarət aldı. Amma kimdən kimə şikayət edəsən. Məcbur günahkar kimi mən göstərildim (

Şərhinizi yazın