Menu
Geri İrəli

Sumqayıtda sərgi keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2014 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti yanında Gənclər Fondununun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində “Sumqayıt fotolarda” adlı layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasiminə layihədə iştirak edəcək gənc fotoqraflar qatılıb.

Layihənin rəhbəri Aysel Abdullazadə çıxış edərək bunları bildirib: “Sumqayıt təkcə gənclər və sənaye şəhəri kimi yox, həm də gözəl, çoxlu gəzməli, görməli yerləri olan, turizm cəhətdən perspektivli şəhər kimi tanınıb. Ancaq qeyd edək ki, şəhərimizin görməli yerlərinin fotoları sərgilənməyib”

A.Abdullazadə söyləyib ki, layihənin əsas məqsədi tarixi abidələrin təbliği, turizm zonasının inkişafı və gəncləri foto sənətinə maraqlandırmaqdır. Layihə rəhbəri həyata keçiriləcək işlər çərçivəsində təbliğat materiallarının da çap edildiyini vurğulayıb.

O, martın 16-da saat 11-də “Sumqayıt fotolarda” layihəsi çərçivəsində “Park Restoran”da sərginin keçiriləcəyini bildirib.

 

280111

Facebook Şərhləndirmə:

Şərhinizi yazın