Menu
Geri İrəli

Sumqayıtda sərnişin avtobusu yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Aprel 2014 • Baxış sayı: 2,050 dəfə • Şərh yoxdur

 

 Bu gün Sumqayıt şəhərində baş verən ağır yol qəzasında ilkin məlumatlara əsasən 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, ölən şəxs avtobusun sürücüsü Ramiz Qurban Oğlu Muradovdur. O, hadisə yerindəcə dünyasını dəyişib.

Yaralılar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinələri aparılır.

***

Bu gün Sumqayıt şəhərində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində ölən şəxsin avtobusun sürücüsü olduğu məlum olub. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Daevoo” markalı avtobusda olan daha 4 nəfər isə mxtəlif dərəcəli bədən xəsarətləri alıb.

hazırda ölən və yaralananların adlarının dəqiqləşdirilməsi istiqamətində iş aparılır. qəzadan sonra Sumqayıtı H.Z.Tağıyev qəsəbəsi ilə birləşdirən yolda nəqliyyatın hərəkəti çətinləşsə də, az sonra yol açılıb.

*****

17:41

Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası bu gün saat 17 radələrində Sumqayıt Texnologiya parkının yanında qeydə alınıb.

3 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “SHACKMAN” markalı yük avtomobili ilə toqquşub.

Polisdən qəza nəticəsində ölən və xeyli sayda yaralı oldu bildirilir.
avtobus-qeza

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın