Menu
Geri İrəli

Sumqayıtda sərnişin daşımanın keyfiyyətini yüksəltmək üçün 150 müasir avtobus gətiriləcək – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2017 • Baxış sayı: 3,784 dəfə • 4 şərh

Nazirlər Kabinetinin qərarı ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “pilot layihə” çərçivəsində yaradılan “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişin daşınmasının inkişafı sahəsində tədbirlərin icrasını davam etdirir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Sumqayıtda bu sahədə aparılan nəqliyyat–logistik islahatlar nəticəsində yaranan idarəetmə sistemi ardıcıl və davamlı olaraq təkmilləşir, yollarda tıxac problemi aradan qaldırılır, sərnişin məmnunluğu yaradılır.

AZƏRTAC xəbər verir ki, yeni ildə şəhər ərazisində ictimai sərnişin nəqliyyatı hərəkətinin təkmilləşdirilməsi, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müasir standartlara cavab verən iritutumlu sərnişin avtobusları gətirilib və bu istiqamətdə işlər davam etdirilir. Artıq şəhərə 26 yeni avtobus gətirilib. İlkin mərhələdə gətirilən yeni avtobuslar 5 saylı marşrut xəttinə buraxılıb.

“Avro-5” və “Avro-6” standartlarına cavab verən müasir avtobuslar əvvəlkilərdən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Almaniya istehsalı olan, Türkiyədə yığılan “AKİA” markalı avtobuslar 27 oturacaqlıdır. Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Qeyd edək ki, Sumqayıt şəhərində, ümumilikdə, 33 marşrut xətti mövcuddur. Yaxın gələcəkdə bu xətlər üzrə 150 yeni avtobusun gətirilməsi planlaşdırılır.

Bundan başqa, müvafiq ərazilərdə müasir tipli dayancaqların yerləşdirilməsi də görüləcək işlər siyahısındadır. Artıq bu məqsədlə şəhərin müxtəlif yerlərində 25 dayanacaq quraşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci il dekabrın 7-də “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.

Foto: Xəqani Əzizov

dsc_0013 dsc_0016 dsc_0019 dsc_0022 dsc_0028 dsc_0034 dsc_0037 dsc_0039 dsc_0045 dsc_0046 dsc_0048 dsc_0051 dsc_0052 dsc_0054 dsc_0055 dsc_0056 dsc_0060 dsc_0064

Facebook Şərhləndirmə:

“Sumqayıtda sərnişin daşımanın keyfiyyətini yüksəltmək üçün 150 müasir avtobus gətiriləcək – FOTOLAR” yazısına 4 cavab

  1. Azer deyir:

    17 ve 18nomreli marsrutlar ne vaxtsa deyisilecek mi? ))

  2. Rəhman Orxan deyir:

    Şəhərimizin İcra başçısı Zakir Fərəcovun son bir ildə bütün şəhər boyu apardığı geniş miqyaslı abadlıq-quruculuq işlərindən böyük razılığın, məmnunluğun nəticəsidir ki, ölkə rəhbəri Sumqayıtın yenilənməsi, müasirləşməsi prosesinin daha sürətlə davam etdirilməsinə, sumqayıtlıların əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə özünün nöğvbəti töhfəsini vermişdir. Var olsun Prezidentimiz də, onun yüksək etimadını şərəflə, ləyaqəytlə doğruldan İcra başçımız Zakir müəllim də! Yeni avtobuslar həqiqətən çox rahat və olduqca münasibdir. Avtobusların salonu kifayət qədər genişdir, istilik-ventilyasiya sistemi də biz sərnişinlərin ürəyincədir. Bütün sumqayıtlılar adından deyirik: var olsun bu rahatlığı, firavanlığı təmin edənlər!

  3. Jale deyir:

    Həqiqətən də şəhərimiz çox dəyişdi. İnanıram ki, bundan sonra da dəyişəcək.
    İcra başçımız çox işlər görür, qədrinibilək belə başçının

  4. Hesen deyir:

    Zakir müəllim Sumqayıtı başdan başa dəyişir. Yorulmuyasınız doğma başçımız. Şəhərimizi sevən başçı bizə çoxdan lazım idi. Hələ çox işər görüləcəyinə əminəm

Şərhinizi yazın