Menu
Geri İrəli

SUMQAYITDA ŞOK: tələbə qız evində kirayə qaldığı qadını öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Noyabr 2015 • Baxış sayı: 1,579 dəfə • Şərh yoxdur

qatil qizCinayətin motivi hələlik məlum deyil.

Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.

sumqayitxeber.com haqqin-a istinadən xəbər verir ki, Sumqayıt şəhər prokuraturasının məlumatına görə, 9-cu mikrorayonda 1940-cı il təvəllüdlü Nəcəfova Səmayə Firudin qızı öz evində qətlə yetirilib.

Yaşlı qadına başından bir neçə bıçaq zərbələri endirilib.

Cinayətdə şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərqiyyə Ramazanova saxlanılıb. Gənz qız özü polisə zəng vuraraq etiraf edib.

Məlumata əsasən Şərqiyyə Ramazanova Sumqayıt Dövlət universitetinin 4-cü kurs tələbəsi idi. O Səmayə Nəcəfovaya məxsus evdə kirayə qalırdı.

Cinayətin motivi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın