Menu
Geri İrəli

Sumqayıtda su problemi – “Yaşıl Dərə” sakinlərindən ŞİKAYƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 531 dəfə • Şərh yoxdur

icmeli su“Yaşıl Dərə” 5-ci yaşayış massivində yaşayan sakinlər tərəfindən sumqayitxeber.com-a şikayət məktubu daxil olub. Məktubu olduğu kimi təqdim edirik:

“Son illərdə Sumqayıt və ətraf ərazilərdə su təchizatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər təqdirəlayiqdir. Bu müraciətimizin səbəbi Sumqayıt şəhəri, Yaşıldərə 5-ci yaşayış massivində son günlər kəskin şəkildə ciddiləşən su təchizatı problemidir. Qızmar yay günlərində bəzən saatlarla, bəzən isə günlərlə kəsilən su həyatı və məişəti xeyli çətinləşdirir. Xahiş edirik qeyd edilən ərazidə mövcud olan su təchizatı probleminin həlli üçün zəruri tapşırıqlar verilsin. Öncədən təşəkkür edirik. Yaşıldərə 5-ci yaşayış massivi ərazisində yaşayan sakinlər.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın