Menu
Geri İrəli

Sumqayıtda tələbələrlə görüş keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Avqust 2013 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyində M.Lomonosov adına Moskva Dövlət Universiteti-nin Bakı filialının və Qafqaz Universitetinin kimya və neft-kimya mühəndisliyi fakültələrinin tələbələri ilə görüş keçirilmişdir.

«Azərikimya» İstehsalat Birliyindən sumqayitxeber.com saytına verilən məlumata görə görüşdə Birliyin İnvestisiya və Perspektiv İnkişaf şöbəsi tərəfindən tələbələrə «Azərikimya» İstehsalat Birliyi və onun tabeliyində olan istehsalat sahələri haqqında video-süjetlər və slaydlar vasitəsilə geniş məlumat verilmişdir. 
Tələbələrə həmçinin Sumqayıt Kimya Sənaye Parkı və oradakı mövcud istehsalat sahələri, istehsal olunan məhsullar, Karbamid zavodu və «Azərikimya» İB-nin Perspektiv planları haqqında söhbət açılmışdır.
Görüşdə iştirak edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin mövcud vəziyyəti haqqında danışmış, tələbələrin çoxsaylı suallarını cavablandırmışdır. 
Qeyd edək ki, Moskva Dövlət Universitetinin Bakı filialının və Qafqaz Universitetinin tələbələri ARDNŞ-in «Yay Təcrübəsi Proqramı» çərçivəsində «Azərikimya» İB-nin müx-təlif istehsalatlarında 20 günlük istehsalat təcrübəsi keçəcəklər.

socar socar-2 socar-3 socar-4 socar-45

Facebook Şərhləndirmə:

Şərhinizi yazın