Menu
Geri İrəli

Sumqayıtda tələbə adını qazananlar sağlamlıq arayışını neçəyə alır? – ŞİKAYƏT

Müəllif: Sumqayitxeber.com • Tarix: 18 Avqust 2015 • Baxış sayı: 1,027 dəfə • Şərh yoxdur

alm-org-skandal-introSumqayıtxeber.com a 2 saylı Sumqayıt şəhər poliklinikası ilə bağlı şikayət məktubu daxil olub. Adının açıqlanmasını istəməyən Sumqayıt şəhər sakininin məktubunu olduğu kimi təqdim edirik:
“Salam, bu gün 2 saylı Sumqayıt şəhər poliklinikasında qeyri-qanuni hallarla rastlaşdım. Bildiyiniz kimi universitetə təqdim etmək üçün sağlamlıq haqqında arayış hər bir məzuna lazımdır. Poliklinikada isə arayışı verən həkim açıq şəkildə soruşur: Arayışı almaq üçün özün həkimlərdən keçəcəksən, yoxsaa…? Bu “yoxsa”nın mənası aydındır, qiyməti isə 8-10 man. təşkil edir. Etiraz edib deyəndə ki, “xeyr hər bir həkimdən yoxlanaraq rəy alacam”, 8 həkimin adını qeyd edib göndərirlər həmin həkimlərin yanına.Və yoxlanış üçün getdiyin həkimlərin də sualı bu olur: yoxlanacaqsan,yoxsa…? O “yoxsa”nın da qiyməti 1 manatdan başlayır.Yəni pulsuz yoxlamalı olan həkimlər yoxlamamaq üçün səndən pul alırlar. Öz dilləri ilə desək, “şirinlik”.Qanundan danışanda isə əksəriyyəti ya minnətə başlayır, ya da narazılıqa. Bir çox həkimlər isə yoxlayıb yazmaq əvəzinə, guya, hörmət edirlər adı ilə yoxlamadan rəy yazırlar ki, guya sağlamdır. Beləliklə Sumqayıtda həkimlərimiz işləməmək üçün pul alırlar həm dövlətdən, həm də məzunlardan. Nəzərə alsaq ki, minlərlə məzun var və onların hamısı bu arayışı alacaq, təsəvvür edin ki, həkimlər gündəlik nə qədər qeyri-qanuni pul qazanırlar. Gözümün önündə bir neçə valideyn uşağın özünü həkimə gətirmədən arayışı almaq üçün o “yoxsa”larla razılaşdılar və pullarını verib arayışlarını alıb getdilər…”
Şikayət məktubuna aydınlıq gətirmək üçün Sumqayıt şəhər 2 saylı poliklinikanın baş həkimi Talətdin Verdiyevlə əlaqə saxladıq. Talətdin Verdiyev bildirdi ki, hal-hazırda məzuniyyətdədir və poliklinikada baş verən hadisələrdən hec bir xəbəri yoxdur.

 Talətdin Verdiyev əməkdaşımıza “Xanım, lazım olsa, məzuniyyətdə olsam da, gələrəm, danışarıq, nə problem varsa həll edərik. Əgər elə hallar baş veribsə, tədbirlər görüləcək yəqin ki” deyə bildirib.

Sevinc Salehqızı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın