Menu
Geri İrəli

Sumqayıtda tələbələr arasında elmi konfrans keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2014 • Baxış sayı: 482 dəfə • Şərh yoxdur

sduSumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı (SDU TGT) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), “Neft strategiyasının sosial-iqtisadi nəticələri və insan kapitalının formalaşması” mövzusunda elmi-praktiki konfrans həyata keçirib.

AZADİNFORM  xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyi ilə birgə baş tutub.

Konfransın açılışında çıxış edən SDU-nun humanitar məsələlər üzrə prorektoru Nizami Namazov və ATGTİ-nin Tarix işçi qrupunun baş koordinatoru Mahmud Sadıqov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışaraq, dövlətimizin gənclərə göstərdiyi diqqət və  qayğıdan bəhs ediblər.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kafedra müdirləri, professor Qənimət Səfərov və professor Qəzənfər Süleymanov ümummilli lider Heydər Əliyevin neft strategiyası və neft strategiyasının sosial-iqtisadi nəticələri haqqında məlumat verib, ölkəmizin iqtisadi inkişafında neft sektorunun əhəmiyyətindən söz açıblar.

Qeyd edək ki, tədbirin sonunda gənclər onları mövzu ilə bağlı maraqlandıran sualları mütəxəssislərə ünvanlayıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın