Menu
Geri İrəli

Sumqayıtda təmizlik aksiyası keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2014 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc ekoloq” layihəsi çərçivəsində sabah Sumqayıtda təmizlik aksiyası keçiriləcək.

Layihə rəhbəri, “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov bildirib ki, aksiyanın məqsədi həm fiziki olaraq təmizliyə dəstək olmaq, həm də maarifləndirici-psixoloji mesaj verməkdir: “Layihə çərçivəsində “Gənc ekoloq” dərgisi də çap olunacaq. Nəşrdə dövlətimizin ekologiya sahəsində gördüyü işlər, ekoloji maarifləndirmə ilə bağlı məlumatlar, bu sahə ilə bağlı qanunvericilik və s. əksini tapacaq”.

Aksiyada tərəfdaş təşkilatlar olaraq ARDNŞ “Azərikimya” İstehsalat Birliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi, eləcə də media nümayəndələri iştirak edəcək.

 

azgf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın