Menu
Geri İrəli

Sumqayıtda təmtəraqlı ehsan verənləri 400 manat cərimə gözləyir? – RƏSMİ MÖVQE

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2014 • Baxış sayı: 532 dəfə • Şərh yoxdur
Share Button

yasBir müddətdir ki, Sumqayıtda şəhər rəhbərliyi tərəfindən təmtəraqlı yas mərasimlərinin keçirilməsi ilə bağlı narazılıq haqda məlumat yayılıb. Bunun qadağa xarakteri daşımasını söyləyənlər də var. Xeberle.com olaraq bu mövzuda olan olayları işıqlandırmağa çalışırıq.

AzVision.az xəbər verir ki, artıq icra hakimiyyətinin nümayəndələri, MİS rəsmiləri şəhərdəki xeyir-şər evlərinə, yas mərasimlərinə ciddi nəzarət edirlər. Belə ki, şəhər rəhbərliyi Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin yığışdırılmasını tapşırıb və tapşırığa əsasən, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

AzVision.az-ın verdiyi digər məlumata görə, icra nümayəndələri yaslarda bu kimi halların qarşısını almaq üçün sakinlərə cərimə tətbiq edəcəklərini bildiriblər. Onların sözlərinə görə, təmtəraqları yas mərasimlərinə görə, sakinlər 400 manat cərimələnəcəklər.

Məsələylə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrəndik. SŞİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ayaz İmaməliyev Xeberle.com-a bunları dedi: “Biz bu barədə mətbuata açıqlama vermişdik, yenə də təkrar edirəm, Sumqayıtda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması məqsədi ilə şəhər İcra Hakimiyyətindən qadağa yox, tövsiyə xarakterli qərar qəbul olunub. Tövsiyə xarakteri daşıyan bu qərarın qadağa ilə heç bir əlaqəsi yoxdur. Odur ki, qanun yoxdursa, daha hansısa pul cəriməsindən də söhbət gedə bilməz”. O əlavə edib ki, bu qərar ictimaiyyətdə çox müsbət qarşılanıb və Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları da şəhərimizdə mütəmadi olaraq insanlara bu tövsiyəni çatdırırlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın