Menu
Geri İrəli

Sumqayıtda tənha-kimsəsiz qocalar yad edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2014 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi qeydiyyatında olan tənha-kimsəsiz qocalar üçün Novruz bayramı münasibəti ilə

Xeyriyyə tədbiri təşkil etmişdir.

Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır.Bu bayramın gəlişi balacadan böyüyə hər kəsi sevindirir.

 Martın 18-də “Ramiz” şadlıq sarayında xalqımızın əziz  və müqəddəs bayramı Novruzun gəlişi münasibətilə QAC Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə bölmənin qeydiyyatında olan, ömrünün müdriklik çağını yaşayan 320 nəfər tənha-kimsəsiz qoca üçün  bayram tədbiri təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd belə əziz gündə tənha-kimsəsiz qocaların diqqət və qayğıdan kənar qalmaması olub.Tədbirdə “Azərikimya”İB-nin Müşahidə şurasının sədri ,millət vəkili Muxtar Babayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov iştirak etmişlər.

QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova  tədbiri açıq elan edərək tədbir  iştirakçılarını və gələn qonaqları salamlamış,xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə onları təbrik edərək, onlara  can sağlığı və uzun ömür arzulamışdır. Daha sonra “Azərikimya”İB-nın Müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev çıxış edərək  Novruz bayramı münasibətilə iştirakçıları təbrik etmiş, QAC Sumqayıt şəhər bölməsinin fəaliyyətinə uğurlar arzulamış və hər zaman  bölməyə dəstək olmağa hazır olduğunu qeyd etmişdir.Sumqayıt şəhər İcra Hakimiyyətinin  məsul işçisi Fərman Kazımov da öz çıxışında  şəhərimizin imkansız insanlarının qayğısına qaldığına görə QAC  Sumqayıt şəhər bölməsinə öz minnətdarlığını bildirmiş, tutduqları bu humanist yolda onlara müvəffəqiyyətlər arzulamışdır.  Tədbir zamanı tənha-kimsəsiz qocalar onlar üçün hazırlanmış ləziz təamlardan dadmış və  səslənən musiqi sədaları altında rəqs etmişlər.

Tədbirin sonunda  QAC Sumqayıt şəhər bölməsi tərəfindən hazırlanmış ərzaq bağlamaları tədbirdə iştirak edən  320 nəfər ehtiyaclı insana paylanılmışdır.

Qeyd edək ki, ərzaq bağlamalarının ərsəyə gəlməsində “Azərikimya”İB-nin və “Bismak Qida Kompleksi”nin qatqısı olmuşdur.

 Sevinc Manafova, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təlimatçısı

ddf f g s

Facebook Şərhləndirmə:

Şərhinizi yazın