Menu
Geri İrəli

Sumqayıtda ticarət mərkəzində baş vermiş yanğın söndürülüb- YENİLƏNİB-2 – FOTOSESSİYA

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2013 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur
994364_10151744678782695_1468939898_n
Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanın söndürülüb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.

Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanın söndürülüb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.

 Nazir müavini yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

 Yanğın ticarət mərkəzinin damından başlayıb və 2-3-cü mərtəbələri əhatə edib.

 E. Mirzəyev ticarət mərkəzində su hovuzunun olduğunu, amma orda yetərli qədər suyun olmadığını da qeyd edib.

 Nazir müavini hadisədə bir yanğınsöndürən əməkdaşının tüstüdən zəhərləndiyini, ona ilkin yardım göstərildiyini və səhhətinin normal olduğunu da bildirib.

 Yanğının başvermə səbəbləri və dəyən ziyanın miqdarı araşdırmalardan sonra bəlli olacaq.

 *** 23:10

Sumqayıtdakı “Karvan” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

APA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirlir.

Məlumata görə, yanğının tamamilə söndürülməsi işləri davam etdirilir.

Nazirlik  hadisə barədə əlavə məlumat veriləcəyini də qeyd edib.

***

22:40

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən xəbərə görə, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yan
ğından Mühafizə Xidmətinin yanğınsöndürənləri gəlib və onlar ticarət mərkəzinin ərazisində baş vermiş yanğının söndürülməsinə dair tədbirlər görürlər.

 Polisdən həmçinin bildirilib ki, şəhər polisinin əməkdaşları təhlükəsizliyin təmin olunması üçün hadisə yerinə cəlb olunublar.

 Ticarət mərkəzində çalışanların əməkdaşımıza bildirdiklərinə görə, üç mərtəbəli ticarət mərkəzində 1000-ə yaxın dükan var. Hadisə yerinə gələn bu dükanların sahibləri və onların yaxınları mallarını mağazalardan çıxarmağa səy göstəriblər. Bu səbəbdən yanğın baş verən ərazidə əlavə sıxlıq yaranıb ki, bu da yanğınsöndürənlərin ticarət mərkəzinə yaxınlaşmasına müəyyən problemlər yaradıb. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerindədirlər. Həmçinin əraziyə FHN-nin əlavə yanğınsöndürmə avadanlığı və canlı qüvvəsi cəlb olunub.

APA-nın məlumatlna görə, FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlara girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.

Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasından APA-ya verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğında şüşə qırıntıları ilə kəsilmiş xəsarət alan 4 nəfər onlara müraciət edib. Onlar Tural Əmrahov, Xaliq Məmmədov, Rövşən Dəmirov və Vəfa İsmayılovadır.

 Yanğın zamanı həmçinin daha 12 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərə ilkin yardım göstərilib və evə buraxılıblar.

 Xəstəxanadan bildirilib ki, hadisə zamanı ölən və ağır xəsarət alan olmayıb.

  Fövqəladə Hallar Nazirliyi də Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat yayıb.

 APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və nazirliyin digər xilasetmə qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın