Menu
Geri İrəli

Sumqayıtda ticarət mərkəzində güclü yanğın başlayıb, zərərçəkənlər var.

Müəllif: Sumqayit Xeber • Tarix: 19 Oktyabr 2013 • Baxış sayı: 202 dəfə • Şərh yoxdur
 Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın davam edir.
 APA-nın məlumatlna görə, FHN-in xilasediciləri yanğın baş verən “Karvan” ticarət mərkəzindəki dükanlarına girən 5 nəfəri xilas edib. Onlarda tüstüdən zəhərlənmə diaqnozu qoyulub. Zərərçəkmiş şəxslər hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım həkimlərinə təhvil veriliblər.

**** 20:52

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın davam edir. APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.  Məlumata görə, üç mərtəbəli ticarət mərkəzində 1000-ə yaxın dükan var. Hadisə yerinə gəən bu dükanların sahibləri və onların yaxınları mallarını dükanlardan çıxarmağa səy göstərirlər. Bu səbəbdən hadisə yerində sıxlıq yaranıb. Ərazidə sıxlıq olması səbəbindən yanğınsöndürənlər ticarət mərkəzinə yaxınlaşmasında müəyyən problemlər olub. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür.

 

Hadisə yerinə polis cəlb olunub. Sumqayıt şəhərinin icra strukturlarının rəhbərləri də hadisə yerindədir.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və yaralanan yoxdur.

Yanğının fotoşəkilləri hadisə yerində olan Lent.az-ın müxbiri tərəfindən təqdim olunub.

*** 20:40

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın baş verib. Sumqayıt şəhər polis idarəsindən APA-ya verilən xəbərə görə hazırda ərazidə FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ticarət mərkəzinin ərazisində baş vermiş yanğının söndürülməsinə dair tədbirlər görür.

Ərazidə sıxlıq olması səbəbindən yanğınsöndürənlər ticarət mərkəzinə yaxınlaşmasında müəyyən problemlər olub. Lakin buna baxmayaraq yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər görülür.

Polisdən həmçinin bildirilib ki, ilkin məlumata görə yanğın nəticəsində ölən və yaralanan yoxdur.

*** 20.02

Sumqayıt şəhərində “Karvan” ticarət mərkəzində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və yanğınsöndürən maşınları cəlb olunub.  Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın