Menu
Geri İrəli

Sumqayıtda top mərmisi tapılıb – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2013 • Baxış sayı: 149 dəfə • Şərh yoxdur
Sumqayıt şəhərində top mərmisi aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, noyabrın 15-də saat 10:25-də 112 xidmətindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, Kompressor Zavodu ətrafındakı yaşayış evlərinin yaxınlığında partlayıcı əşya olması barədə əməliyyat məlumatı daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssislər hadisə yerinə göndərilib.

 Hadisə yerinə baxış keçirilərkən məlum olub  ki, qəsəbədə yeni tikilən yaşayış evlərinə su çəkilişi məqsədilə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən bir ədəd 100 millimetr top mərmisi aşkar edilib. Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər və əraziyə kənar şəxslərin girişini məhdudlaşdırıblar. Baxış zamanı məlum olub  ki, top mərmisi korroziyaya uğrayıb və döyüş tətbiqinə  yararsızdır.

Aşkar edilmiş mərmi aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın