Menu
Geri İrəli

Sumqayıtda “Top ustası” Futbol Festivalında iştirak etmək istəyənlərin nəzərinə!

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Sumqayıtda “Top ustası” Futbol Festivalı keçiriləcək.

Layihə rəhbəri Vüsal Məmmədovun verdiyi məlumata görə, komandalar gənclər tərəfindən müstəqil olaraq təşkil ediləcək: “İştirakçıların yaş həddi 16-26 yaş arasında müəyyənləşdirilib, peşəkar idmançıların komandalarda təmsil olunması qadağandır. Komandalar 6 əsas, 2 əvəzedici oyunçu ilə çıxış edəcək. Ilk olaraq müraciət edən 8 komplektləşdirilmiş heyətə malik komanda iştirak hüququ qazanacaq. Komandalar Olimpiya sistemi üzrə yarışacaq, məğlub komanda turniri tərk edəcək, qalib isə növbəti mərhələyə keçəcək. Oyunlar təcrübəli hakimlər briqadası tərəfindən idarə olunacaq. Turnirin qalibi və ikinci yeri tutmuş komanda mükafatlandırılacaq. Qalib eyni zamanda turnirin kubokuna sahib çıxacaq”.

Festivalın Təşkilat Komitəsi 20.09.2013 tarixindən etibarən komandaların müraciətlərinin qəbulunu elan edir. Hər gün saat 16.00-dan 20.00-dək əlaqələndirici şəxslə əlaqə saxlamaq olar.

Əlaqələndirici şəxs: Tural Məmmədov

Əlaqə vasitələri: 055 682 95 81

azgf       070 501 90 35

Facebook Şərhləndirmə:

Şərhinizi yazın