Menu
Geri İrəli

Sumqayıtda “tullantıların idarə edilməsi” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 922 dəfə • Şərh yoxdur
Share Button

IMG_6129

Sumqayıt şəhərində almaniyalı qonaqların iştirakı ilə tullantıların idarə edilməsi üzrə konsepsiyanın hazırlanması müzakirə olunub.

Sumqayıt şəhərində “tullantıların idarə edilməsi: durumu və perespektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Almaniyanın Lüdviqshafen şəhərinin meriyasının ətraf mühit departamentinin torpaq və su tullantıları məsələləri üzrə məsul şəxsi Sandra Knor və Lüdviqshafen şəhərinin təsərrüfat müəssisəsində tullantıların kənarlaşdırılması üzrə komanda rəhbəri Otto Kremer iştirak edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov qonaqları salamlayaraq onları Suqmayıtda görməkdən məmnun olduğunu bildirib. Qeyd edib ki, Sumqayıtda əsas problemlərdən biri də məişət tullantılarınn kənarlaşdırılmasıdır.

Vurğulandı ki, tullantıların idarə edilməsi sistemi, onların yığılması, daşınması və təkrar emalı, ikinci dəfə istifadəsi və ya səmərəli istifadəsi bütün prosesə nəzarətdən ibarət kompleks tədbirdir.

Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da öz növbəsində ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Ən əsası isə təkrar emal təbii resurslardan istifadəni minumuma endirir.

Faiq Kərimov qeyd etdi ki, dünya ölkələrində uzun müddətdir ki, məişət tullantılarının yalnız tullantı kimi yanaşılmır. İnkişafda olan ölkələr hazırda məişət tullantılarının idarə olunması, onların yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində optimal variantın axtarışındadır. Hazırda Azərbaycan da bu ölkələr sırasındadır.

Yeni konsepsiya çərçivəsində tullantıların idarə edilməsi üzrə müasir iş üsullarının, tullantıların təkrar emalının dərinləşdirilməsini təmin edən texnologiyaların tətbiq edilməsi, departamentin maddi – texniki bazasının inkişaf etdirilməsi, xidmət sahəsinin yaradılması, tullantıların çeşidlənməsi üzrə pilot layihələrin həyata keçirilməsi, əhali arasında maarifləndirmə tədbirlərinin təşkili, tullantıların idarə edilməsi sahəsində Sumqayıt, Lüdviqshafen və Çin Xalq Respublikasının Çunçin şəhərlərindən ibarət üçbucaq modelinin təşkil edilməsi kimi məsələlərin nəzərə alınması vurğulandı.

Digər natiqlər mövzu ətrafında çıxış etdilər. Bildirildi ki, 2002-ci ildən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində Almaniya-Qafqaz parnyor şəhərləri arasında əməkdaşlıq şəbəkəsi yaradılıb. 15 il ərzində bu proqram çərçivəsində çox saylı layihələr həyata keçirilib.

IMG_6131 IMG_6134 IMG_6157 IMG_6168 IMG_6172 IMG_6175

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın