Menu
Geri İrəli

Sumqayıtda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2017 • Baxış sayı: 746 dəfə • Şərh yoxdur
Share Button

Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Sumqayıtda da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatlarda çalışanlar, ictimaiyyət nümayəndələri Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Həmçinin şəhər icra hakimiyyətinin təşəbbüsü ilə mayın 10-da səhər tezdən şəhərdə ağacəkmə aksiyası keçirilib, park və xiyabanlarda ağac əkilib. Sumqayıtın inkişafından söz açarkən əvvəlcə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Çünki gənc Sumqayıtın ilk inkişaf mərhələsi məhz həmin dövrə təsadüf edir.

Həmin illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi, Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoymuşdu. Bu baxımdan hələ sovet illərindən sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər.

Ölkəmizə rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub. Şəhərdə sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib.

Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərlər edib. Bu səfərlər zamanı bir çox sənaye müəssisəsi açılıb. Bu gün Sumqayıt özünün yeni inkişaf mərhələsini yaşayır.

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Daha sonra Sumqayıtdakı Heydər Əliyev Mərkəzində respublikanın incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olunub. DSC_0453 DSC_0439 DSC_0433 DSC_0429 DSC_0470 DSC_0479 DSC_0483 DSC_0486 DSC_0494 DSC_0502 DSC_0509 DSC_0522 DSC_0555 DSC_0571 DSC_0648 DSC_0590 DSC_0588 DSC_0578 DSC_0028 DSC_0026   DSC_0040 DSC_0090   DSC_0160 DSC_0152 DSC_0140 DSC_0111 DSC_0109 DSC_0106 DSC_0099 DSC_0096 DSC_0094 DSC_0091 DSC_0090 DSC_0075 DSC_0070 DSC_0063 (1) DSC_0061 DSC_0056 DSC_0061 DSC_0056      

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın