Menu
Geri İrəli

Sumqayıtda Ümumdünya Ətraf mühitin mühafizəsi gününə həsr edilmiş tədbir keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

Bu ğün 40-cı ildönümü qeyd olunan Ümumdünya Ətraf mühitin mühafizəsi günü münasibətilə ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyi bir sıra tədbirlər həyata keçirmişdir. İlk öncə Sumqayıtın sənaye zonasında, bütövlükdə şəhər üzrə ekoloji tarazlığın qorunub-saxlanması məqsədilə kimyaçılar son illərdə yaratdıqları yaşıllıq sahələrində iməcilik yolu ilə təmizlik-abadlıq işləri aparmışlar. Müəssisələrdaxili ərazilərdə və Birlik ətrafı sahələrdə minlərlə ağaca aqrotexniki qulluq göstərilmiş, dibləri yumşaldılmışdır. Builki yay mövsümündə də havaların qızmar keçəcəyi nəzərə alınaraq, yanğın təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin edilməsi məqsədilə hazır kimyəvi məhsulların saxlanıldığı, nəql edildiyi və digər ərazilər quru otlardan təmizlənmişdir.

Ətraf mühitin qorunmasına, təbiətə qayğıya həsr olunmuş tədbirlərdə «Azərikimya» İB-nin Etilen-polietilen, Mexaniki-təmir zavodlarının, Nəqliyyat və xüsusi texnika, Təmir-tikinti idarələrinin, Anbar təsərrüfatının 700-dən artıq əməkçisi iştirak etmişdir.

Bu gün isə bütün müəssisə nümayəndələrinin, o cümlədən ekologiya üzrə  mühəndislərin və digər aparıcı mütəxəssislərin iştirakı ilə Birliyin baş ofisində Ümumdünya Ətraf Mühitin mühafizəsi gününün 40 illiyinə həsr edilmiş geniş ekoloji maarifləndirmə tədbiri keçirilmişdir. TədbirdəBirlik müəssisələrində, bütünlükdə Sumqayıt sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlər və görüləcək işlər barədə slaydların müşayiəti ilə genişməlumat verilmişdir. Mövzu ilə əlaqədar digər çıxışlar dinlənildikdən sonra Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin ətraf mühitinqorunmasında və istehsalat sahəsində fərqlənmiş bir qrup işçi fəxri-fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın