Menu
Geri İrəli

Sumqayıtda «Ümumdünya Əməyin Mühafizəsi günü»nə həsr olunmuş tədbir keçirilib”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2014 • Baxış sayı: 556 dəfə • 1 şərh

487544Aprelin 28-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Ümumdünya Əməyin mühafizəsi günü ilə əlaqədar Birliyin idarə və müəssisə rəhbərlərinin, baş mühəndislərin, istehsalat və sex rəislərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mütəxəs-sislərin iştirakı ilə geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə «Azərikimya» İB-nin İcraçı direktorunun Əməyin mühafizəsi, ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov açmış və bu dünə qədər istehsalat prosesində baş vermiş qəzalar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Natiq qeyd etmişdir ki, dünyada sənaye müəssisələrinin sayı artdıqca həmin sahələrdə çalışanların əməyinin mühafi¬zəsinə qayğının artırılması da xüsusi əhə-miyyət kəsb edir. Bu baxımdan dünyanın diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək məqsədilə Beynəlxalq Əmək Təşkilatı tərəfindən aprelin 28-i «Ümum¬dünya əməyin mühafizəsi günü» elan edilmişdir. Hər il Ümumdünya Əməyin mühafizəsi günü konkret bir mövzuya həsr olunur ki, bu ilin də mövzusu  «Kim-yəvi mad¬dələr istifadə olunan iş yerlərində əməyin mühafizəsi» kimi təsdiqlənib.

“Azərikimya İstehsalat Birliyində əməyin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər” adlı təqdimat materialında, ARDNŞ-in bütün strukturlarında olduğu kimi, «Azərikimya» İstehsalat Birliyində də əməyin mühafizəsi istiqamətində görülmüş işlərin artıq öz müsbət bəhrəsini verməsi xüsusi qeyd olunub.

Bu gün «Azərikimya» İB-də istehsalatın bütün sahələrində işçilər üçün normal və təhlükəsiz, zərərsiz iş şəraiti yaradılmış, kimyaçıların sağlamlığına ziyan yetirə biləcək bütün texniki nasazlıqlar və insan həyatı üçün hər hansı bir şəkildə təhlükə doğura biləcək qüsurlar aradan qaldırılmışdır. Məhz bunun nəticəsidir ki, «Azərikimya» ARDNŞ-in tabeçiliyinə verilən¬dən sonrakı 4 il müddətində aparılan yenidənqurma, müasirləşmə işlərinin, istehsalat mədə-niyyətinin və təhlükəsizliyin yüksək səviyyədə təşkili, müəssisələrdə bədbəxt hadisələrin, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması işlərinin planlı şəkildə həyata keçirilməsi  sayəsində son 3 ilə yaxın müddətdə bir fakt da olsun bədbəxt hadisə baş verməmişdir. Bunun göstəricisi olaraq Azərikimya” İstehsalat Birliyinin kollektivi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təh¬lükəsiz əmək şəra-itinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2012-ci ildə keçirilən respublika müsabi¬qəsinin qalibi olmuş və Fəxri Fərmanla təltif olunub.

Tədbirdə Birliyin “Etilen-Polietilen” zavodunun baş mühəndislərinin hesabat xarak-terli çıxışı dinlənilmiş, qarşıda duran vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra, “Etilen-Polietilen” zavodunun, Təmir-Tikinti, Nəqliyyat və Xüsusi Texnika İdarələrinin, Anbar Təsərrüfatınin və  “Kimyalayihə” İnstitutunun  texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə nümunəvi göstə¬ricilərə nail olmuş bir qrup işçisinə mükafatlar və Fəxri diplomlar təqdim edilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında  «Azərikimya» İsteh-salat Birliyinin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları ilə bağlı çəkilmiş sənədli filmin nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Azərikimya” İB-nin İcraçı direktoru Xəqani Babayev tədbiri yekunlaşdıraraq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası istiqamətində həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə öz fikirlərini tədbir iştirakçılarıyla bölüşmüş, mükafata layiq görülən kimyaçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Facebook Şərhləndirmə:

“Sumqayıtda «Ümumdünya Əməyin Mühafizəsi günü»nə həsr olunmuş tədbir keçirilib”” yazısına bir cavab

  1. Əlosət deyir:

    Vallah biz azərbaycanlılar yazıq millətik.
    Ona görə ki, mən bu saytdan Baş mühəndislərin əməyin mühafuzəsi üzrə vəzifə təlimatını axtardım.Əvəzində 28 aprel ümumdünya əməyin mühafizəsi gününə aid tədbir cavabı gəldi.
    Bunlar hamısı ondan xəbər verir ki. Axərbaycanda savad sıfır dərəcəsindədir.Əksri dayı və pul gücünə diplom alanlardır.
    Baxın rus saytlarına. Görün mənim sualıma dair nə qədər cavablar misallat tapacaqsınız.
    Ona görə də, mən fəxr edirəm ki, uşaülıqdan rus dili öurənmişəm, orta məktəbdən başlayaraq təhsilimi rus dilində aımışam və Modkvada Ali təhsil almışam. və rus dilini mükəmməl bilirəm.
    Sadəcə mən itərim ki, həmin rus dilində tapacağım mövzulatı azəri dilində tapıb işçilərimizə paylayam.
    Çox təəsdüflər olsun ki, azətbaycanda əməyin mühafizəsi üxrə çüyəcəsiz yoxdur.
    Ona görə ki, azərbaycanda təhsil alanların 90% rus dilini bilmir nə də bilmək itəmir.
    Allah xeyi versin.Belə də davam edin.

Şərhinizi yazın