Menu
Geri İrəli

Sumqayıtda ümumdünya uşaqlar günü qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

Hər il dünyada 20 noyabr ümumdünya uşaqlar günün kimi qeyd olunur. Bu münasibətlə bu gün Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində musiqili-əyləncəli tədbir keçirilmişdir. Bayram BMT-nin İctimai İnformasiya Departamentinin (UNDPİ) Azərbaycan nümayəndəliyinin, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) və Qızıl Aypara Cəmiyyətinin (QAC) Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə baş tutmuşdur.

sumqayitxeber.com saytı AzərTAc-a istinadən xəbər verir ki, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəliyinin məsul əməkdaşı Zəka Quliyev tədbiri acaraq uşaqları bu gün münasibətilə təbrik etmişdir. O, tədbirin əsas məqsədinin uşaqların hüquqlarının müdafiəsi, onlara ictimai diqqətin artırılması olduğunu bildirmişdir. Sağlamlıq imkanları məhdud olan uşaqların da iştirak etdiyi tədbirdə bir-birindən maraqlı rəqslər və musiqi nömrələri nümayiş olunmuşdur.

Qeyd edək ki, sonda Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin sərgi zalında tədbirin balaca iştirakçıları üçün şirniyyat süfrəsi təşkil olunmuşdur.

usaq

Facebook Şərhləndirmə:

Şərhinizi yazın