Menu
Geri İrəli

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2016 • Baxış sayı: 1,616 dəfə • Şərh yoxdur

Ümummilli lider Heydər Əliyevin anım günü Sumqayıtda da qeyd olunub.

AZƏRTAC  xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri,  hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların əməkdaşları, veteranlar, ictimaiyyət nümayəndələri Ulu Öndərin adını daşıyan parkda Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşğun inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılmış, yeni mikrorayonlar, yaşayış məhəllələri salınmışdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclik və sənaye şəhəri olan Sumqayıta çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak edib.

Sumqayıt bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, regionun sənaye mərkəzinə çevrilir.

Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

dsc_7545

dsc_0064

dsc_0112dsc_0116

dsc_0013 dsc_0016
dsc_0095

dsc_0120 dsc_0124 dsc_0129 dsc_0154 dsc_0165 dsc_0169 dsc_0246 dsc_0249 dsc_0259 dsc_0262

 

dsc_7524 dsc_7535 dsc_7538

dsc_7611 dsc_7680 dsc_7683 dsc_7692 dsc_7709

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın