Menu
Geri İrəli

Sumqayıtda Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2015 • Baxış sayı: 1,512 dəfə • Şərh yoxdur

Ümummilli lider Heydər Əliyevin vəfatından 12 il keçir. Dekabrın 12-də səhər tezdən minlərlə şəhər sakini Sumqayıtın mərkəzində ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, dahi liderin xatirəsinə ehtiramlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, anım tədbirində şəhər rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhərin təhsil, səhiyyə, mədəniyyət işçiləri, ziyalılar, məktəblilər, müəssisə və təşkilatlarda çalışan insanlar, veteranlar iştirak ediblər.

Bildirilib ki, Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtda sənayenin, elmin və təhsilin, sosial həyatın coşqun inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burada keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb.

Meydanda quraşdırılan monitorda Heydər Əliyevin Sumqayıta səfərlərindən kadrlar göstərilib, dahi liderə həsr olunan şeirlər və mahnılar səsləndirilib.

Həmin gün şəhərdə ehsan süfrəsi açılıb.

14499223473850223372_1000x669 1449922347423358861_1000x669

AYZ_0040 AYZ_0063 AYZ_0066 AYZ_0073 AYZ_0084 AYZ_00222

Facebook Şərhləndirmə:

Şərhinizi yazın