Menu
Geri İrəli

Sumqayıtda uşaq alverində adı hallanan baş həkim DANIŞDI

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Yanvar 2016 • Baxış sayı: 1,596 dəfə • 1 şərh

usaq alvei“Bizim doğum evində uşaqların 10 min manata satılması və digər iddialar cəfəngiyatdır. Tibb bacısı Samirə Babayevanın psixoloji problemləri var. Ona görə də bu məlumatları yayır”.

Bunu Publika.az-a açıqlamasında Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Sevda İsgəndərli deyib.

O, S.Babayevanın şikayətçi olduğu bütün məsələlərin dəfələrlə yoxlanıldığını, lakin heç birinin həqiqəti əks etdirmədiyini deyib.

“O qadın mənim baş həkim olmağımı istəmir. Məhz buna görə də müxtəlif vaxtlarda bu məzmunda xəbərlər yayır. O, işindəki nöqsanlara görə 3 dəfə töhmət alıb. Qanuni surətdə işdən azad edilməlidir. Lakin mən ona hörmət etmişəm. Onunla növbədə olan həkimlər, xəstələr də ondan narazıdır. Danışığını belə bilmir”.

Psixoloji problem olan birinin xəstəxanada necə işləməsinə gəldikdə, baş həkim onun işdən azad edilməsinin gündəmdə olduğunu deyib. Artıq bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Baş həkim uşaqların övladlığa verilənə qədər nə üçün xəstəxanada qalması məsələsinə də aydınlıq gətirib:

“Bakıdan fərqli olaraq Sumqayıtda valideynlərin imtina etdiyi uşaqların övladlığa verilməsi üçün məhkəmə qərarı verilənə qədər doğum evində qalırlar. Çünki Sumqayıt şəhərində qəyyumluq şöbəsi İcra Hakimiyyətində olduğu üçün uşaqlar övladlığa verilənə qədər burada qalmalıdır”.

Qeyd edək ki, “Musavat” Sumqayıtdakı 1 saylı Doğum Evinin tibb bacısı Samirə Babayevaya istinadən xəstəxanada yeni doğulan uşaqların 10 min manata satılması və digər qanunsuzluqlar barədə geniş yazı dərc edib.

Gülxar

Facebook Şərhləndirmə:

“Sumqayıtda uşaq alverində adı hallanan baş həkim DANIŞDI” yazısına bir cavab

  1. ramal deyir:

    guya pulsuzdu domum evi.yalansa pulu olmuyani it yerne qoyan yoxdu. Dyirler atava anava borcumuz var. Ogun mende ata olmuwam dekabirin 30u oglum olub uwagi dunyaya getiren ise sanitarka olub oda yazigi gelib ki, insanda su qalmiyib sanitar diyr uje pisdi vezyeti xestenin. Hekimde yegane hekim olub famila gunduzade. Ana bala iwliyrler hemen balnicada. Xeste ise guleliyeva brilant olub. 29 saat 11 xeste gelib baxan olmuyub. 30u saat onda sanitarka akuwerka komek gosterib. Hekim ise telfonla oynayir xesteye diyr atava anava borcum yoxdu. Subutda elyerik. Xestexanadan verilen kagzda ata ana hakda melumada yazilib ki doguw hekimi, yegane gunduzade yalansa ALLAH BELAVI VERSIN HEC XESTEYE BARMAGNDA DEYMIYB. Hec agri kesici iyne bele vrmamsanki bu insanin suyu gedir uwag olume yaxinlawir bogulur. prezdente yaziram onsuzda mektub. Qudurganliqdi. Xesteye Atava anava borcum var diyen, yegane hekim bes senin atan anan tikdirib dogum evni? Xowun gelmr iwleme adama dyerler. Dovletin qanunu var qerari var. Bu dovleti quran ulu Ondermizdi qanunlarida ulu ondermiz qoyub. Qanuna qarwi cxmag hemen mesulyete celb olunmalidi.

Şərhinizi yazın