Menu
Geri İrəli

Sumqayıtda uşaq bağçasında maraqlı Novruz şənliyi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2014 • Baxış sayı: 1,502 dəfə • Şərh yoxdur

05

Bu günlər respublikamızın hər yerində olduğu kimi, Sumqayt şəhərinin bütün idarə və müəssisələrində də Novruz bayramı təntənə ilə qeyd olunur. Martın 18-də şəhərin “Bayraq meydanı”nda Sumqayıt şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə keçirilən möhtəşəm tədbir bunun bariz nümunəsidir.

Şəhərin idarə və müəssisələrində, elm və təhsil ocaqlarında novruz bayramına həsr olunmuş silsilə tədbirlər bu qədim və milli bayrama sevginin bu gün də azalmadığının göstəricisidir. Belə tədbirlərdən biri də Sumqayıt şəhərindəki 46 saylı uşaq bağçasında keçirilmişdir. Tədbiri giriş sözü ilə 46 saylı uşaq bağçanın müdiri Sidqiyyə xanım Xıdırova açaraq, uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət almış qonaqları bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb.

Bağçanın musiqi müəllimi Zinyət Əsədullayevanın rəhbərliyi ilə uşaqların ifasında rəngarəng musiqi çələngi, vətənə, sülhə, anaya, bahara həsr olunmuş maraqlı şeirlər və səhnəciklər təqdim olunub.

Milli geyimlərdə olan körpələr bahar tumurcuqlarına, yaz çiçəklərinə bənzəyirdilər.

Gözlərindəki təbəssüm və sevinc işıqları hər tərəfi nura boyayırdı. Şənlikdə «Mask-şou» qrupu da iştirak edirdi. Qrup iki ildən artıqdır ki, mütəmadi olaraq məktəbəqədər təhsil və tərbiyə müəssisələrinin müxtəlifyönümlü şənliklərdə iştirak edərək, körpələrə xoş ovqat bəxş edir. Kosa və keçəlin məzəli oyun və söhbətləri uşaqlarda xoş əhval-ruhiyyə yaratmışdır. Bağçanın tərbiyəçi-müəllimləri – Zemfira Babayeva, Əsmər Fərzəliyeva və Cəmilə Babayeva çıxış edərək, iştirakçıları təbrik etmiş, onlara göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə təşəkkürlərini bildiriblər.Sonda xatirə şəkilləri çəkilib.
Nisə Qədirova, şairə-publisist,

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,

Facebook Şərhləndirmə:

Şərhinizi yazın